Papara-ya qanunsuz mərc əməliyyatı: 8 şirkət və çoxsaylı əmlaka həbs qoyuldu

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması çərçivəsində Papara Elektron Pul A.Ş.-nin qeyri-qanuni mərc və qumar cinayətlərinin maliyyələşdirilməsində əhəmiyyətli vasitə halına gəldiyi müəyyən edilib. Qurumun fəaliyyəti ödənişlərin təhlükəsizliyinə risk yaratdığı üçün, bu gün səhər saat 05:00 radələrində 13 şübhəliyə qarşı eyni vaxtda saxlanılma, axtarış və müsadirə əməliyyatı həyata keçirilib.

Aparılan istintaq çərçivəsində təşkilat lideri və üzvlərinə məxsus, başda PPR Holding Anonim Şirkəti olmaqla ümumilikdə 8 şirkət, 1 yaxta, 5 qayıq, 3 ədəd kirayə seyf, 74 nəqliyyat vasitəsi, 7 mənzil və villa da daxil olmaqla çoxsaylı əmlaka müsadirə qərarı tətbiq edilib.

İstanbul növbətçi sülh cəza hakimliyinin qərarı ilə PPR Holding A.Ş. və digər şirkətlərə TMSF (Əmanətlərin Sığortalanması Fondu) kayyum (müvəqqəti idarəçi) olaraq təyin edilib.

İstintaq davam edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img