Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu ilə bağlı tənzimləmə aparılacaq.

Sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilir ki, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir qazanan internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

Vurğulanır ki, bu maddədə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir.

Qeyd olunur ki, məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edəcək.

Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü onlayn iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

spot_imgspot_img

Oxşar xəbərlər

MiniMax təsisçisi sərvətinin 90 faizini itirdi: süni intellekt bazarında narahatlıq artır

Çinin MiniMax şirkətinin təsisçisi Yan Junjie şirkətin dəyərinin kəskin azalması səbəbindən milyarder statusunu itirib.

Google ana səhifəsindən “Ara” düyməsini çıxarır: Gemini önə çıxır

Google ana səhifədəki “Ara” düyməsini kaldırır və süni intellekt əsaslı Gemini funksiyalarını ön plana çıxarır. Yenilik hələ Türkiyədə yoxdur.

Ukraynalı Skyfall Almaniyada drone istehsalı üçün birgə müəssisə qurur

Ukraynalı Skyfall və Auterion Almaniyada Ukrayna üçün yüksək həcmli drone istehsal edəcək birgə müəssisə qurur.

Tatyana Kim Wildberries rəhbərliyindən getdi: vəzifəni Aleksey Qulikov tutdu

Tatyana Kim Wildberries baş direktoru vəzifəsindən gedib, onun yerinə Aleksey Qulikov təyin edilib. Dəyişiklik Aİ sanksiyaları fonunda baş verib.

Dragos testi: süni intellekt istemləri sızır, sıfır saxlama ayarları da qorxmur

Dragos-un kanareyka testi göstərib ki, süni intellekt provayderlərində istemlər sızır və sıfır məlumat saxlama ayarları da etibarlı deyil.
spot_img