m10-un öz ödəniş kartı istifadəyə veriləcək

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20 Europe zamanı Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində mobil əsaslı beynəlxalq pul köçürmələri, təkmilləşdirilmiş fırıldaqçılıqdan müdafiə sistemləri və m10 tətbiqi istifadəçilərinin ehtiyaclarına uyğunlaşdırılmış loyallıq proqramları nəzərdə tutulur.

Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir ekosisteminin üzvü olan PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider Mastercard ilə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb.

Memorandumun imzalanması iyunun 3-də, PashaPay-in Bir ekosistemi təmsil etdiyi, dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe zamanı Amsterdamda baş tutub.

Bu strateji əməkdaşlıq Mastercard və PashaPay arasında aşağıdakı sahələr üzrə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur:

4 iyun tarixində verilən birgə mətbuat açıqlamasında Mastercard və PashaPay bildiriblər ki, bu strateji əməkdaşlıq aşağıdakı sahələrdə tərəflər arasında əlaqələri gücləndirməyə yönəlib:

• Kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları üzrə əməkdaşlıq;

• Mastercard və m10 markalı rəqəmsal ödəniş məhsullarının buraxılması;

• Mastercard-ın MoneySend, Cross-Border Send və Alias Directory xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi;

Beynəlxalq fəaliyyət sahəsinin genişləndirilməsi.

PashaPay-in baş icraçı direktoru Samir Məmmədov bildirib:

“Mastercard ilə tərəfdaşlıq, PashaPay-in maliyyə xidmətlərini daha əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir. Qlobal təcrübəyə və güclü infrastruktura malik tərəfdaşımızla birlikdə istifadəçilərimizə və bizneslərə daha yaxşı maliyyə alətləri təqdim edə bilərik. Bu, təhlükəsiz və asan beynəlxalq pul köçürmələrini də əhatə edir. Bu Anlaşma Memorandumunun məhz Money 20/20 Europe tədbirində imzalanması isə Bir ekosistemin Azərbaycanın fintex sektorunu beynəlxalq səviyyəyə çıxarmaq, qlobal dialoqa qoşulmaq və uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq əzmini bir daha nümayiş etdirir.”

Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal deyib:

“Bu tərəfdaşlıq qlobal təcrübə ilə yerli bazar biliklərinin ideal sinerjisini təmsil edir. Biz sadəcə yeni ödəniş məhsulu təqdim etmirik – biz Azərbaycan istehlakçılarının və bizneslərinin ehtiyaclarını qarşılayan kompleks maliyyə alətləri yaradırıq. Məqsədimiz onları rəqəmsallaşan dünyada daha uğurlu etməyə kömək etməkdir.”

Bu Anlaşma Memorandumu hər iki şirkətin innovasiyaların təşviqinə, yerli və regional fintex ekosistemlərinin gücləndirilməsinə və rəqəmsal maliyyənin daha təhlükəsiz, inklüziv və əlçatan edilməsinə olan birgə sadiqliyini əks etdirir.

PashaPay haqqında

PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib. www.pashapay.az

Mastercard haqqında

Mastercard 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara imkanlar yaradır. Müştərilərimizlə birlikdə, hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız, innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkəmiz sayəsində insanlar, bizneslər və dövlətlər üçün unikal məhsul və xidmətlər təklif edirik. www.mastercard.com

spot_imgspot_img

Oxşar xəbərlər

Visa yeni sabitkoin platforması ilə Circle-a rəqib olur

Visa Open USD adlı yeni sabitkoin platformasını istifadəyə verdi. Banklar və fintex şirkətləri indi Visa şəbəkəsi üzərindən rəqəmsal dollarlar emissiya edə bilər.

Vyetnam və Kamboca 20 milyard dollarlıq ticarət üçün transsərhəd e-ticarəti gücləndirir

Vyetnam və Kamboca transsərhəd e-ticarət sahəsində əməkdaşlığı dərinləşdirərək ikitərəfli ticarət həcmini 20 milyard dollara çatdırmağı hədəfləyir.

Google Vids indi istifadəçilərə öz süni intellekt videolarında rol almağa imkan verir

Google Vids indi istifadəçilərə öz süni intellekt avatarlarını yaratmağa və onların baş rolda olduğu videolar hazırlamağa imkan verir.

Sürat Kargo rəqəmsal transformasiya ilə əməliyyat həcmini 20 faiz artırdı

Sürat Kargo, həyata keçirdiyi rəqəmsal transformasiya investisiyaları sayəsində əməliyyat həcmini 20 faiz artıraraq elektron ticarət sektorunda əhəmiyyətli bir nailiyyət əldə edib.

Google Android platformasını rəqib süni intellekt asistanlarına açır

Avropa Komissiyası Google-ın Android platformasını rəqib süni intellekt asistanlarına açmasını və axtarış məlumatlarını paylaşmasını məcburi edən yeni tənzimləmə tələbləri irəli sürüb.
spot_img