Avropa İttifaqı Shein-i manipulyasiyada və müştərilərə alış-veriş etmədikləri üçün utanma hissi aşılamaqda ittiham edib

Avropanın 21 ölkəsindən olan istehlakçı təşkilatları Shein-ə qarşı şikayət ərizəsi təqdim ediblər.

Avropa İstehlakçılar Təşkilatı (BEUC) The Guardian-a istinadən bildirir ki, onlar Shein-in istifadəçiləri alış-verişə məcbur etmək üçün manipulyativ üsullardan — “qaranlıq nümunələr”dən (dark patterns) istifadə etdiyini sübut edən 29 səhifəlik sənəd hazırlayıb.

Bu üsullara daxildir:

  • saxta geri sayım taymerləri,
  • guya məhsulun tükənmək üzrə olması ilə bağlı xəbərdarlıqlar,
  • təkrarlanan israrlı bildirişlər,
  • “faydanı qaçırma qorxusu” (FOMO) effekti yaratmaq,
  • sayt və ya tətbiqdə məcburi qeydiyyat,
    və daha bir çox psixoloji təsir üsulu.

Bundan əlavə, Shein “confirm shaming” adlı texnikadan istifadə edir — bu, istifadəçinin alış etmədikdə özünü narahat və ya günahkar hiss etməsinə səbəb olan üsuldur. Təşkilat bu halın konkret nümunələrini təqdim etməsə də, Shein-in “məhsul tükənir”, “kampaniya tezliklə bitəcək” kimi marketinq iddialarını əsaslandıracaq real məlumatları açıqlamasını tələb edir.

BEUC bəyan edir ki, bu cür marketinq yanaşmaları ədalətli ticarət prinsiplərini pozur və həm istehlakçılara, həm də cəmiyyətə zərər verir — yəni:

  • lazımsız xərclərin artmasına,
  • geyinilməyən paltarlarla dolu qarderoblara,
  • və ekologiyaya zərər verən istehsalın təşviqinə səbəb olur.

Shein bu ittihamları rədd edib və BEUC-un “birbaşa dialoqun aparılmasından imtina etməsinə görə” məyusluq ifadə edib.

Şikayət, Avropa Komissiyasının Shein-i istehlakçı hüquqlarını pozmaqda ittiham etməsindən dörd ay sonra təqdim olunub. 2025-ci ilin may ayında Avropa tənzimləyici orqanları Shein-ə öz fəaliyyətini Aİ qanunvericiliyinə uyğunlaşdırmağı tələb etmiş, əks halda şirkətə cərimə tətbiq ediləcəyini bildirmişdi.

spot_imgspot_img

Oxşar xəbərlər

BlackRock, Kanadada 3% Bitcoin ayırmalı iki ETF buraxır

BlackRock, Kanadada 3% Bitcoin ayırmalı ETF-lər buraxaraq kriptovalyuta investisiyasını genişləndirir.

Meta-nın Glimmer AI modeli şəxsi superintellekt baxışını ortaya qoyur

Meta-nın yeni açıq çəkili Glimmer modeli, şəxsi superintellekt baxışını və AI istifadəçilərinin imkanlarını genişləndirir.

Bitmine ETH alışlarını yavaşlatdı, Tom Lee səhm geri alışına yönəldi

Bitmine şirkəti ETH alışlarını yavaşladıb və kapitalı səhm geri alışına yönəldib.

Solana ilk Strategy STRC məhsulunu Solstice Finance vasitəsilə əldə etdi

Solana, Solstice Finance vasitəsilə ilk Strategy STRC məhsulunu təqdim edib və gəliri risk profillərinə görə bölür.

H100 2455 BTC alışı ilə Avropanın 2-ci ən böyük Bitcoin ehtiyatına sahib oldu

İsveç şirkəti H100, 2455 BTC alaraq Bitcoin ehtiyatını 3506 BTC-ə çatdırıb və Avropanın 2-ci ən böyük Bitcoin ehtiyatına sahib olub.
spot_img