Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini azaltmaq” və “sərhədlərarası ödənişləri optimallaşdırmaq” məqsədilə stabilkoinlərdən istifadə imkanlarını araşdırırlar.

X (əvvəlki Twitter) özünün X Money adlı ödəniş xidmətinə stabilkoin dəstəyini əlavə etmək istəyir və bu məqsədlə Stripe fintech şirkəti ilə danışıqlar aparıb. Stripe bu məlumatları şərh etməkdən imtina edib. Apple isə oxşar imkanları USDC stabilkoininin emitenti olan Circle ilə müzakirə edib. Circle isə jurnalistlərin sorğusuna cavab verməyib.

Fortune-un yazdığına görə, Airbnb də Worldpay ilə danışıb — məqsəd Visa və Mastercard kimi ödəniş sistemlərinin komissiyalarından yayınmaq üçün bron ödənişlərini kriptovalyutada qəbul etməkdir. Airbnb bu planları təkzib etməyib, lakin qeyd edib ki, kriptovalyutaların yaxın vaxtda istifadəyə verilməsi planlaşdırılmır.

Google-un bulud texnologiyaları bölməsi isə bildirib ki, artıq iki müştəridən PYUSD stabilkoinində ödəniş qəbul edib. PYUSD — PayPal və Paxos tərəfindən təqdim edilən stabilkoinlərdir.

Kriptobazarında adını açıqlamayan bir top-menecerin sözlərinə görə, texnologiya şirkətləri üçün əsas problemlərdən biri — hansı tokenləri dəstəkləmək barədə qərar verməkdir.

  • USDT-nin emitenti olan Tether tənzimləmə tələblərinə əməl olunması baxımından narahatlıq doğurur.
  • Circle isə birjada yeni listləndiyi üçün sahiblik və hüquqi sabitliklə bağlı qeyri-müəyyənlik yaşayır.
  • Digər stabilkoinlərə, məsələn, PYUSD-yə maraq isə hələlik aşağıdır.
spot_imgspot_img

Oxşar xəbərlər

Martı sürücüsüz araçlar üçün RoboMartı layihəsini təqdim etdi

Martı süni intellektlə idarə olunan sürücüsüz araçları paylaşımlı gediş modeli ilə birləşdirən RoboMartı layihəsini elan edib. Test sürüşləri yaxın vaxtlarda başlayacaq.

Coinbase hesabatı ərəfəsində Robinhood-un kripto gəliri 55 faiz azalıb

Robinhood-un kripto gəlirinin 55 faiz azalması Coinbase-in gözlənilən hesabatı ərəfəsində bazar narahatlığını artırıb.

XRP Ledger tərtibatçıları stablecoin ödənişləri üçün sıfır XRP-li cüzdan təklif edir

XRP Ledger tərtibatçıları istifadəçilərin XRP almadan stablecoin ilə əməliyyata başlamasına imkan verən təklif irəli sürüblər.

Re:Build Manufacturing 2,1 milyard dollarlıq investisiya cəlb edib

İstehsal texnologyalarına fokuslanan Re:Build Manufacturing 2,1 milyard dollarlıq investisiya raundunu bağlayıb.

Fed uçot dərəcəsini dəyişməz saxladı: Bitcoin 81 min dollara yaxınlaşır

Fed uçot dərəcəsini gözləntilərə uyğun dəyişməz saxlayıb, Bitcoin 81 min dollara yaxınlaşıb.
spot_img