Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla həyata keçiriləcək.

Xəzər TV-yə istinadən, Dövlət Gömrük Komitəsi “Smart Customs” saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.

Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov / QR vasitəsilə istifadə etmək mümkün olacaq.

Daşıyıcı şirkətlərin əməkdaşlarının sözlərinə görə, hazırda tətbiq olunan təsdiqləmə prosesi – yəni FİN kod və parol vasitəsilə aparılan bəyannamə – gücləndirilmiş identifikasiya hesab edilmir.

İqtisadçılar isə bildirirlər ki, bu dəyişiklik gömrük və vergi sistemində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

Dövlət Gömrük Komitəsindən qeyd olunub ki, göstərilən tarixdən sonra malların bəyan edilməsi zamanı problem yaşanmaması üçün vətəndaşlara əvvəlcədən ASAN İmza və ya SİMA elektron imzasını əldə etmələri tövsiyə olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

AI agentləri 138 milyon kripto ödənişi edib, ABŞ bazarı üstünlük təşkil edir

Chainalysis hesabatına görə AI agentləri 138 milyon kripto ödənişi həyata keçirib, ABŞ bazarı üstünlük təşkil edir.

Apple OpenAI-dan işə qəbul sənədlərini əldə edəcək: məhkəmə qərarı

ABŞ məhkəməsi Apple-ın OpenAI-dan keçmiş əməkdaşlarla bağlı işə qəbul sənədlərini əldə etməsinə qismən icazə verib.

EasyA 1,1 milyard dollar dəyərləndirməyə çatıb, 2027-ci ildə IPO planlaşdırır

EasyA 1,1 milyard dollar dəyərləndirməyə çatıb və 2027-ci ildə onchain səhmlərlə birjaya çıxmağı planlaşdırır.

OpenAI ofisində gizli dinləmə cihazı aşkarlandı: mühəndis həbs edildi

OpenAI ofisində rəhbərlik otağında gizli audioyazma cihazı aşkarlanıb, şirkətin mühəndisi saxlanılıb.

IMF Azərbaycan Mərkəzi Bankına strateji idarəetmə üzrə tövsiyələr verib

IMF texniki yardım missiyası Azərbaycan Mərkəzi Bankında strateji planlaşdırma və risk idarəetməsi üzrə tövsiyələr hazırlayıb.
spot_img