Fərid Osmanov: “Hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay”lə həyata keçirilir”

Azərbaycanda təsərrüfat subyektlərdə quraşdırılmış POS-terminallarla aparılan hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay” vasitəsilə həyata keçirilir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib. “Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80 %-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib”, – deyə o qeyd edib.

O, həmçinin deyib ki, ötən ilin sonuna tokenlə aparılan ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,5 dəfə artıb. 2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12 %, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda BOKT-ların mənfəəti 2.5 dəfə artıb

Azərbaycanda banka olmayan kredit təşkilatlarının xalis mənfəəti 2026-cı ilin doqquz ayında 153,4 milyon manata çatıb ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur.

Intel kuantum hesablamalar startupı Classiq-i 2,2 milyard dollara alır

Intel, kuantum kompüterlər üçün proqram təminatı hazırlayan Classiq startupını 2,2 milyard dollara almaq barədə razılığa gəlib.

Nvidia Hindistan startupı Simplismart-a investisiya yatırdı: süni intellekt modelləri daha az GPU ilə işləyəcək

Nvidia, süni intellekt modellərini daha az GPU ilə işə salan Hindistan startupı Simplismart-a investisiya yatırıb. Şirkətin illik gəlir tempi altı ayda 14 dəfə artıb.

Bankların kreditlərdən faiz gəliri 3 milyard manatı ötüb

Bankların kredit portfelindən faiz gəlirləri yanvar-sentyabr aylarında 3 milyard 380 milyon manata çatıb — illik artım 17%.

Böyük Britaniya Mərkəzi Bankı Revolut üzərində yoxlamaya başlayıb

Böyük Britaniya Mərkəzi Bankı rəqəmsal bank Revolut-un sürətli məhsul tətbiqi ilə bağlı yoxlamaya başlayıb.
spot_img