X Sosial Şəbəkəsi qeydiyyat üçün $8 ödəniş tətbiq edəcək — Fortune

Elon Maskın göstərişi ilə X platformasının əməkdaşlarından paylaşımların lentdə göstərilən tarix və saatını silmək imkanı üzərində işləmək tələb edilib, Fortune mənbələrə istinadən bildirir. Təklif yalnız lentdə göstərilən paylaşımlara aiddir: əgər paylaşımı açsanız, onun yaradılma tarixi və vaxtını görə biləcəksiniz.

Maskın fikrincə, bu dəyişiklik istifadəçi interfeysini yaxşılaşdıracaq. Lakin əməkdaşlar hesab edirlər ki, bu qərar platformada dezinformasiya problemlərini daha da artıracaq, çünki istifadəçilər paylaşımları adətən diqqətlə açıb oxumaqdansa, lentdə ötəri nəzərdən keçirirlər. X platformasından məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bununla yanaşı, Mask sosial şəbəkəyə yeni istifadəçilər üçün qeydiyyat ödənişi tətbiq etməyi planlaşdırır. Mənbələrə görə, bu ödəniş artıq 2025-ci ilin fevral ayında tətbiq edilə bilər. Qeydiyyat haqqı $8 təşkil edəcək və istifadəçilər bu ödənişlə bir aylıq X Premium abunəliyi də əldə edəcəklər. X Premium abunəliyi məhz ayda $8 dəyərindədir.

Mənbələr bildirirlər ki, pullu qeydiyyat planı bir neçə aydır hazırlanır və onun məqsədi botlarla mübarizə aparmaqdır. Bu addım artıq Yeni Zelandiya və Filippinlərdə sınaqdan keçirilir: burada hesab açmaq istəyən istifadəçilər $1 ödəyərək illik abunə almalıdırlar, əks halda sosial şəbəkədən yalnız oxuma rejimində istifadə edə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

n11 yeni loqosunu təqdim edib

Türkiyənin ən köklü e-ticarət platformalarından biri olan n11, on...

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

Papara-nın elektron pul lisenziyası ləğv edildi

Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), Papara-nın elektron pul qurumu...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...
spot_img