Baku Blockchain Meetup 2025 vol.1 – Portcoin təqdimatı

15 Yanvar 2025-ci il tarixində Blockchain Azərbaycan Mərkəzi, Azərbaycan İnnovasiya Mərkəzi və Mobile Payment Solutions tərəfindən 2025-ci ilin ilk Blokçeyn tədbiri keçiriləcək. Tədbirdə “Mobile Payment Solutions” MMC şirkəti (Portmanat brendi) tərəfindən Azərbaycanın ilk AMB-nin xüsusi tənzimləmə rejimi çərçivəsində yaradılmış Portcoin kriptovalyutasını təqdimatı baş tutacaq.

Tədbirdə həmçinin Yusifli Tech şirkətinin Blokçeyn, Smart Müqavilələr və Süni İntellekt sahəsində gördükləri işlər və BonPara şirkətinin rəhbəri Orxan Əhmədov tərəfindən Telegram Airdropları haqqında çıxışlar da baş tutacaq.

Tədbir 15 Yanvar 2025, saat 18:30-da, Azərbaycan İnnovsiya Mərkəzində (Atatürk pr. 93, Gənclik Plaza) baş tutacaq. İştirak ödənişsizdir, ancaq yerlər limitli olduğundan qeydiyyat mütləqdir: https://forms.gle/kw8WDjep28u1BLLVA

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto vençur şirkətləri startapların ilk 90 günündə satış strategiyasını dəyişir

TechCrunch Disrupt tədbirində mütəxəssislər startapların sürətli böyüməsi üçün ilk 90 gündə düzgün satış strategiyasının vacibliyini vurğulayıblar.

İsveçrə pərakəndə investorlar üçün ilk spot Bitcoin ETF-i təsdiqlədi

İsveçrə pərakəndə investorlar üçün ilk spot Bitcoin ETF-i təsdiqləyib. Fond noyabrda SIX Swiss Exchange birjasında ticarətə başlayacaq.

Spotify süni intellekt agentlərinin seçəcəyi musiqi xidməti olmağa çalışır

Spotify süni intellekt agentlərinin musiqi seçimində üstünlük verəcəyi platforma olmaq üçün yeni strategiya həyata keçirir.

Arke Telekom ACT Venture Partners-dan 1 milyon avro investisiya aldı

Müdafiə və rabitə texnologiyaları şirkəti Arke Telekom ACT Venture Partners-dan 1 milyon avro investisiya cəlb edib.

a16z Crypto brendini dəyişərək a16z Frontier oldu: kriptodan süni intellektə keçid

a16z kripto bölməsi brendini a16z Frontier olaraq dəyişdi və blokçeyndən süni intellektə doğru genişlənir.
spot_img