“Bizdən Biznesə” ikinci dəfə start götürür!

AccessBank ideyaları biznesə çevirməyə dəstək olur.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının fəal dəstəkçisi olan AccessBank, növbəti dəfə “Bizdən Biznesə” startap müsabiqəsinə start verdiyini elan edir. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıqda və rəqəmsal ödənişlər sahəsində qlobal lider Visa-nın dəstəyi ilə həyata keçirilir.

Artıq ikinci dəfə keçiriləcək layihənin əsas məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara həm maliyyə, həm də mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. “Bizdən Biznesə” müsabiqəsi innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək startaplar üçün yeni imkanlar qapısı açır.

Ümumi mükafat fondu 75 000 AZN təşkil edən layihə çərçivəsində I yerin qalibi 25 000 AZN, II yerin qalibi 20 000 AZN, III yerin qalibi isə 15 000 AZN məbləğində mükafat əldə edəcək. Bundan əlavə, Visa tərəfindən seçilən xüsusi layihəyə də 15 000 AZN məbləğində əlavə mükafat təqdim olunacaq.

Qeyd edək ki, ötən il baş tutan “Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edib. Bu il isə layihə daha geniş miqyasda və daha böyük dəstək paketilə həyata keçirilir.

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

·         15 oktyabr–15 noyabr 2025 – Müraciətlərin qəbulu üçün son tarix

·         17–23 noyabr 2025 – Xüsusi komitə tərəfindən 20 uyğun biznes layihəsinin seçilməsi

·         24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi

·         2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq

·         22 dekabr 2025 – Qaliblərin mükafatlandırılma mərasimi

Daha ətraflı məlumat almaq üçün linkə keçid edin: https://www.accessbank.az/az/biznes/bizdenbiznese/

AccessBank innovativ ideyaların gerçəkləşməsinə və yeni bizneslərin yaranmasına dəstək missiyasını davam etdirir, gələcəyin sahibkarlarını bu təşəbbüsün bir parçası olmağa dəvət edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

spot_imgspot_img

Oxşar xəbərlər

T-Bank yeni nəsil tətbiqini təqdim etdi: maliyyə analitikası və səsli dəstək

T-Bank mobil tətbiqinin yeni versiyasında maliyyə analitikası və səsli dəstək funksiyalarını istifadəyə verib.

Wildberries və Yandex Market anbar hücumlarından sonra auditoriyasını itirdi

Anbar hücumları Wildberries və Yandex Market-in istifadəçi bazasını azaldıb, Ozon isə 26 faiz artımla önə çıxıb.

Microsoft və Nvidia yeni AI kompüterlərini təqdim etdi: RTX Spark və Windows 11

Microsoft və Nvidia birgə tədbirdə RTX Spark platforması və Windows 11 üçün yeni AI kompüterlərini təqdim etdi.

Rain milli trust bank lisenziyası üçün müraciət edərək üçüncü tərəf banklardan asılılığı azaldır

Stablecoin ödəniş şirkəti Rain Nyu-Yorkda milli trust bank lisenziyası üçün müraciət edərək üçüncü tərəf banklardan asılılığı azaltmağı planlaşdırır.

Circle SAP müştəriləri üçün USDC və EURC ödənişlərini Tereina ilə təqdim edir

Circle SAP tərəfindən dəstəklənən Tereina ilə əməkdaşlıq edərək müəssisələrə USDC və EURC stablecoin ödənişlərini təqdim edir.
spot_img