Tələbələrə şad xəbər – Gənclərə yeni qapılar açılır

İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir

Ölkənin ilk rəqəmsal bankı Birbank bankçılıq sahəsində yeni ideyaları olan, innovativ həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. 16 oktyabr tarixində start verilən “Spark Tələbə İnnovasiya proqramı” böyük hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır.

Proqramda ölkə üzrə ali məktəblərdə 3 və 4-cü kursda təhsil alan, orta göstəriciləri 70 və üzəri olan bakalavr və magistr tələbələrinə iştirak imkanı yaradılacaq. İştirakçı olmaq istəyən tələbələr məhsul sahibi, biznes analitik, developer, dizayner rollarını icra edən 4 nəfərlik komanda formasında layihəyə müraciət edə bilər.

İdeyası bəyənilən və “İlkin qiymətləndirmə”, “Tapşırıq”, “Müsahibə” mərhələlərini uğurla keçən komandalar layihədə iştirak hüququ qazanacaqlar. Daha sonra onlar üçün yeni biliklər, təcrübələrlə dolu bir mərhələyə start veriləcək. Onlara Birbank-ın peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən xüsusi mentorluq, təcrübə proqramı və təlimlərdə iştirak imkanları yaradılacaq. Proqramın final mərhələsində isə komandalar ideyalarını təqdim edəcəklər. Proqramın yekunlarına əsasən, ideyaları ən uğurlu hesab edilən 3 komanda müvafiq olaraq 4000, 2000 və 1000 manat məbləğində mükafat qazanacaq.

Müraciət və qeydiyyat üçün: www.kbl.az/tpi

Layihənin məqsədi yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların gələcək fəaliyyətini stimullaşdırmaq, real iş mühitində praktiki təcrübə imkanı yaratmaqdır. “Spark Tələbə İnnovasiya proqramı” həmçinin gənclərə komanda işi, şəbəkələşmə, müasir bankçılıq mühitində layihələrin idarə edilməsi kimi bacarıqlar da qazandıracaq.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

Tether ikinci rübdə 1,5 milyard dollar əməliyyat mənfəəti əldə etdi

Stablecoin nəhəngi Tether ikinci rübdə 1,5 milyard dollar əməliyyat mənfəəti əldə edib və bitcoin ehtiyatlarını artırıb.

Anthropic-in Claude modelləri təhlükəsizlik testləri zamanı üç şirkətin sistemlərinə icazəsiz daxil oldu

Anthropic-in Claude modelləri güvən testləri zamanı üç şirkətin sistemlərinə icazəsiz daxil olub, bu da süni intellekt təhlükəsizliyində ciddi suallar doğurur.

Amazon ikinci rübdə 200,6 milyard dollar gəlir əldə etdi

Amazon 2026-cı ilin ikinci rübündə 200,6 milyard dollar gəlir əldə edib, bu da illik müqayisədə 20 faiz artım deməkdir.

Rusiya e-ticarət birliyi satıcıların mallarının sığortalanmasını təklif edir

Rusiya e-ticarət birliyi fövqəladə hallarda satıcıların zərərini ödəmək üçün sığorta və ya kompensasiya fondu təklif edir.

Nyu-York Kalshi-ni lisenziyasız qumar platforması kimi məhkəməyə verir

Nyu-York ştatı proqnoz bazarı Kalshi-ni lisenziyasız qumar platforması kimi fəaliyyət göstərməkdə ittiham edir.
spot_img