Umico.az Qarabağda: E-ticarət nəhəngi Şuşada ilk məntəqəsini açdı

Azərbaycanın aparıcı marketpleysi olan Umico.az Qarabağda genişlənmə strategiyası çərçivəsində Şuşa şəhərində ilk təhvil məntəqəsini istifadəyə verib.

Bu addımla şirkət ölkə hüdudları çərçivəsində böyümək hədəfinə daha da yaxınlaşıb. Yeni məntəqə ilə birlikdə Umico.az ölkə üzrə çatdırılma şəbəkəsini daha da genişləndirmiş və onlayn alış-verişin rahatlığını daha çox insana əlçatan etmiş oldu. 

Umico.az hal-hazırda 500 000-dən çox məhsul çeşidi ilə Azərbaycanın böyük onlayn ticarət platformasıdır. Gözəllik və baxım məhsullarından tutmuş, böyük və kiçik məişət texnikası, oyuncaqlar, usta alətləri, avtomobil ehtiyat hissələri və geymer aksessuarlarına qədər geniş çeşiddə məhsullar təklif edən platforma, müştərilərinə 7/24 sifariş imkanı və evə çatdırılma xidməti təqdim edir. Üstəlik Birbank taksit kartı sahibləri 24 aya qədər sərfəli taksit imkanından yararlana bilərlər. Platformanın təqdim etdiyi kredit şərtləri isə müştərilər üçün əlçatan və asandır. 

 Şuşadakı məntəqənin rəsmi açılışında çıxış edən Umico.az-ın Baş İcraçı Direktoru Rauf Qulaməliyev bildirib: “Umico.az olaraq əsas hədəfimiz Azərbaycanın hər bir nöqtəsində müştərilərimizə rahat və sürətli xidmət göstərməkdir. Şuşada açdığımız yeni məntəqə ilə Qarabağ bölgəsindəki müştərilərimizə daha yaxın olmağı hədəfləyirik. Ölkənin böyük onlayn ticarət platforması olaraq texnologiya və rahatlığı birləşdirir, beləliklə müştərilərimizə ən yaxşı onlayn alış-veriş təcrübəsini yaşatmağa çalışırıq.” 

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto vençur şirkətləri startapların ilk 90 günündə satış strategiyasını dəyişir

TechCrunch Disrupt tədbirində mütəxəssislər startapların sürətli böyüməsi üçün ilk 90 gündə düzgün satış strategiyasının vacibliyini vurğulayıblar.

İsveçrə pərakəndə investorlar üçün ilk spot Bitcoin ETF-i təsdiqlədi

İsveçrə pərakəndə investorlar üçün ilk spot Bitcoin ETF-i təsdiqləyib. Fond noyabrda SIX Swiss Exchange birjasında ticarətə başlayacaq.

Spotify süni intellekt agentlərinin seçəcəyi musiqi xidməti olmağa çalışır

Spotify süni intellekt agentlərinin musiqi seçimində üstünlük verəcəyi platforma olmaq üçün yeni strategiya həyata keçirir.

Arke Telekom ACT Venture Partners-dan 1 milyon avro investisiya aldı

Müdafiə və rabitə texnologiyaları şirkəti Arke Telekom ACT Venture Partners-dan 1 milyon avro investisiya cəlb edib.

a16z Crypto brendini dəyişərək a16z Frontier oldu: kriptodan süni intellektə keçid

a16z kripto bölməsi brendini a16z Frontier olaraq dəyişdi və blokçeyndən süni intellektə doğru genişlənir.
spot_img