Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və ekosistemə inteqrasiyası nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, məqsəd maliyyə əməliyyatlarında xərclərin effektivliyinin və şəffaflığın artırılmasıdır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI ofisində gizli dinləmə cihazı aşkarlandı: mühəndis həbs edildi

OpenAI ofisində rəhbərlik otağında gizli audioyazma cihazı aşkarlanıb, şirkətin mühəndisi saxlanılıb.

IMF Azərbaycan Mərkəzi Bankına strateji idarəetmə üzrə tövsiyələr verib

IMF texniki yardım missiyası Azərbaycan Mərkəzi Bankında strateji planlaşdırma və risk idarəetməsi üzrə tövsiyələr hazırlayıb.

Qivalis Hollandiya Mərkəzi Bankından euro stablecoin üçün icazə aldı

Qivalis Hollandiya Mərkəzi Bankından elektron pul institutu icazəsi alıb və yaxın aylarda euro stablecoin buraxmağı planlaşdırır.

Kanadadan Asiya ölkələrinə kripto pul köçürmələri 141 faiz artıb

Kanadadan Asiyanın üç ölkəsinə kripto vasitəsilə pul köçürmələri 141 faiz artaraq 2,36 milyard dollara çatıb.

ABŞ-da inflyasiya gözləniləndən yüksək çıxdı, Bitcoin kəskin ucuzlaşdı

ABŞ-da inflyasiya gözləniləndən yüksək gəldi və Bitcoin kəskin ucuzlaşdı, Fed-in faiz artırımı gözləntiləri yenidən gündəmə gəldi.
spot_img