Azərbaycanda “İnvestisiya Təşviqi Sənədi” aləti süni intellekt fəaliyyətinə şamil ediləcək

Azərbaycanda bu ilin sonuna kimi “İnvestisiya Təşviqi Sənədi” aləti süni intellekt (Sİ) fəaliyyətinə şamil ediləcək.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin, süni İntellekt, innovasiya və yüksək texnologiya sahələri üzrə vergi, gömrük və sosial sığorta güzəştlərini nəzərdə tutan normativ hüquqi aktların layihələrinin hazırlanması, süni intellekt şirkətlərinin güzəştlərdən faydalanması üçün Elektron Müraciət Sisteminin (bir pəncərə) istifadəyə verilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI ChatGPT-yə Chrome sekmələrini oxuma xüsusiyyəti əlavə etdi

OpenAI ChatGPT-nin Chrome uzantısına yeni funksiya əlavə edib. İstifadəçilər artıq açıq sekmələrdəki məlumatları ChatGPT vasitəsilə analiz etdirə bilərlər.

Tesla SpaceX ilə uçan Roadster prototipini təqdim etdi

Tesla SpaceX ilə əməkdaşlıqda uçan Roadster prototipini təqdim edib. Təqdimatdan sonra tokenləşdirilmiş Tesla aktivlərinə kripto bazarlarında tələb artıb.

Circle stablecoin tələbi artdıqca 40 yeni bazara çıxır

Circle qlobal stablecoin tələbinin artması fonunda 40 yeni bazara çıxmağı planlaşdırır. Şirkət Asiya, Afrika və Latın Amerikasında genişlənməni hədəfləyir.

Kvant Alliance kripto şirkətləri kvant təhlükəsinə qarşı birləşdi

Doqquz kripto şirkəti kvant hücumlarına hazırlaşmaq üçün Quantum Alliance yaradıb. Şirkətlər təhlükənin vaxtı və zəif bitkoinlərin taleyi barədə fikir ayrılığına düşür.

Deutsche Bank kriptovalyuta saxlama xidmətini işə salır

Deutsche Bank yaxın həftələrdə kriptovalyuta saxlama xidmətini istifadəyə verəcək. Xidmət əvvəlcə Almaniyada, gələn il isə Asiyada fəaliyyət göstərəcək.
spot_img