“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

“Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası üzrə ödəniş xidmətini şirkətin öz müraciəti əsasında ləğv edib”. 

Bunu mediaya açıqlamasında “Azərikard”-ın baş direktoru Fərid Quliyev bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın müvafiq lisenziyası əsasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası səlahiyyətlərinə malik olsa da, “Azərikard” faktiki olaraq bu istiqamətdə fəaliyyət göstərmirdi. Belə bir fəaliyyət növü şirkətin yaxın illər üzrə planlarına da daxil edilmədiyindən lisenziyadakı həmin xidmətin ləğvi üçün Mərkəzi Banka müraciət məqsədəuyğun sayılıb və bununla bağlı müsbət qərar qəbul olunub. 

Fərid Quliyev vurğulayıb ki, “Azərikard” hazırda operator və ödəniş təşkilatı fəaliyyətini tam həcmdə yerinə yetirməkdədir.

“Şirkətimiz yeni strateji dövr üçün təsdiqlənmiş yol xəritəsinə uyğun olaraq əsas diqqətini B2B (korporativ) seqmentə yönəldib və bu sahədə tərəfdaşlığı genişləndirir” – baş direktor bildirib.

spot_imgspot_img

Oxşar xəbərlər

Robinhood Ripple-ın 2,5 milyard dollarlıq RLUSD stablecoin-ini platformasına əlavə edir

Robinhood Ripple-ın RLUSD stablecoin-ini müştərilərinə təqdim etməyə hazırlaşır. Platforma eyni zamanda rəqib USDG layihəsində də iştirak edir.

Tramp rəsmi sənədlərdə “süni intellekt” terminini qadağan etmək istəyir

ABŞ Prezidenti Donald Tramp rəsmi sənədlərdə "süni intellekt" termininin qadağan edilməsini təklif edir və əvəzinə "superintellekt" ifadəsini təklif edir.

Braziliya şirkətləri seçki günü valyuta böhranından qaçmaq üçün stablecoin-lərə üz tutub

Braziliya şirkətləri seçki günü valyuta böhranından qaçmaq üçün stablecoin-lərə üz tutub. Mercado Bitcoin-də USDT həcmi 800 faiz artıb.

İRİA “Apple” ilə əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Apple" ilə əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır. Səkkiz müəllimin hazırlanması planlaşdırılır.

Frontier süni intellekt laboratoriyaları Eksponensial Vaxt Hipotezini təkzib etdiyini bildirir

Süni intellekt laboratoriyaları modellərinin Eksponensial Vaxt Hipotezini təkzib etdiyini elan edib. Mütəxəssislər isə ciddi riyazi sübut tələb edir.
spot_img