Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq.

“Azərpoçt” MMC rəqəmsal logistika həllərinin genişləndirilməsi istiqamətində növbəti əməkdaşlığa başlayıb. Bu məqsədlə “Azərpoçt” MMC ilə qlobal elektron ticarət platforması olan “Temu” nümayəndələri arasında görüş keçirilib.

Görüşün nəticəsi olaraq “Azərpoçt” MMC-nin beynəlxalq bağlamaların daşınması üzrə ixtisaslaşmış “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb.

Bu əməkdaşlığın istifadəçilər üçün faydası olduqca mühümdür. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq. Xüsusilə regionlarda yaşayan vətəndaşların bağlamalarının qeyd etdikləri ünvana birbaşa kuryerlə çatdırılması bu layihənin əsas üstünlüklərindən biri hesab olunur.

Qeyd edək ki, hazırda “Postcargo” ölkə üzrə 800-dən çox filial və təhvil-təslim məntəqəsi (PUDO) ilə müştərilərin xidmətindədir.

“Temu” platformasına inteqrasiya Azərbaycanın beynəlxalq ticarət zəncirindəki rolunun genişlənməsinə və milli brendin tanıdılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, sözügedən əməkdaşlıq “Postcargo”ya qlobal bazarın seçimlərini yerli bazara gətirərək müştərilər üçün daha əlçatan və rəqabətədavamlı xidmətlər təqdim etməyə imkan yaradacaq.

“Temu” milyonlarla istehsalçı, brend və biznes tərəfdaşını istehlakçılarla birləşdirən qlobal elektron ticarət platformasıdır. Hazırda dünyanın 90-dan çox bazarında fəaliyyət göstərən “Temu” istehlakçılara münasib qiymətlərlə yüksəkkeyfiyyətli məhsullara çıxış imkanı yaradaraq onların həyat keyfiyyətini yaxşılaşdırmağa önəm verir.

spot_imgspot_img

Oxşar xəbərlər

Frontier süni intellekt laboratoriyaları Eksponensial Vaxt Hipotezini təkzib etdiyini bildirir

Süni intellekt laboratoriyaları modellərinin Eksponensial Vaxt Hipotezini təkzib etdiyini elan edib. Mütəxəssislər isə ciddi riyazi sübut tələb edir.

Opera brauzerdə süni intellekti lokal işə salmaq üçün yeni standart təqdim etdi

Opera brauzerdə süni intellekt modellərinin lokal işə salınmasına imkan verən WebAI standartını təqdim edib. Bu, məlumat məxfiliyi baxımından mühüm addımdır.

Apple iOS 27.2 yeniləməsini yayımladı: Siri AI yeni dilləri dəstəkləyir

Apple iPhone və iPad üçün iOS 27.2 yeniləməsini təqdim edib. Yeniləmə Siri AI üçün yeni dil dəstəyi və təhlükəsizlik düzəlişləri gətirir.

Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə qeyd edib

Rabitəbank uşaqlar üçün nəzərdə tutulmuş “Rabita Junior” tətbiqi və “Kartmane Junior” kartının ilk yaşını xüsusi tədbirlə qeyd edib.

Nasdaq-100 indeksi blokçeynə keçdi: Janus Henderson ilk lisenziyalı fonu təqdim etdi

Janus Henderson və Centrifuge Nasdaq-100 indeksinə əsaslanan ilk lisenziyalı blokçeyn fonunu təqdim edib. Fond Stellar şəbəkəsində işləyir.
spot_img