Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!

Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər!

Artıq Wolt tətbiqində yalnız sevimli yeməkləri və məhsulları sifariş etmək deyil, həm də əşyaları göndərmək mümkündür — sürətli və rahat şəkildə.

İstifadəçilər üçün ən xoş xəbər isə budur ki, onlar ilk ay ərzində bütün çatdırılmalara 50% endirimdən yararlana biləcəklər, kampaniya başa çatdıqdan sonra isə ilk sifarişdə 50% endirim əldə edəcəklər. Xidmət artıq Wolt-un fəaliyyət göstərdiyi bütün şəhərlərdə aktivdir — Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Lənkəran, Naxçıvan, Xankəndi və Mingəçevir daxil olmaqla.

Dostunuza hədiyyə göndərmək, sənəd çatdırmaq və ya aldığınız məhsulları mağazadan götürməlisiniz? İndi bütün bunları Wolt Packages ilə edə bilərsiniz — çatdırılma 1 saatdan az çəkəcək, sifarişi isə cəmi bir dəqiqəyə tanış və rahat interfeysdə rəsmiləşdirə biləcəksiniz.

Xidmətdən Wolt tətbiqi vasitəsilə yararlana bilərsiniz:

  • Wolt tətbiqini açın və “Packages” bölməsini seçin;
  • Kuryerin əşyanı götürəcəyi və çatdıracağı ünvanı təyin edin;
  • Kuryer sifarişi qəbul edib sürətli və rahat şəkildə ünvana çatdıracaq
  • Siz isə çatdırılmanı real vaxtda izləyə biləcəksiniz.

Həmsöhbətimiz — Wolt-un Azərbaycandakı İdarə Heyətinin Sədri Tofiq Süleymanovdur.

Tofiq Süleymanov yeni funksiyanın istifadəyə verilməsi ilə bağlı fikirlərini bölüşdü:

“Biz Wolt olaraq sadəcə yemək çatdırılması xidməti deyil, həmişə bundan daha geniş imkanlar təqdim etmək üçün çalışırıq. Wolt Packages-in istifadəyə verilməsi ilə biz istifadəçilərə daha çox seçim imkanı və rahatlıq təqdim edirik. Artıq onlar vaxt itirmədən və yerlərini dəyişmədən istənilən əşyaları göndərib təhvil ala biləcəklər. Əminəm ki, bu funksiya həm şəxsi istifadəçilərin, həm də bizneslərin böyük marağına səbəb olacaq”.

Tez-tez verilən suallar — cavablandırır Tofiq Süleymanov.

Bu funksiya nədir və nə üçün lazımdır?

Wolt Packages istifadəçilərə Wolt tətbiqi vasitəsilə əşyaları tez və rahat göndərmək və təhvil almaq imkanı yaradır.

Hansı əşyaları göndərmək olar?

Kiçik və orta ölçülü əşyalar: sənədlər, alış-veriş məhsulları və şəxsi əşyalar. İstifadəçi ölçünü və çəkini seçir, sistem isə uyğun kuryeri təyin edir.

Çatdırılma radiusu nə qədərdir?

Başlanğıc ünvandan 15 km məsafəyə qədər.

Təhvil alanın Wolt istifadəçisi olması vacibdirmi?

Xeyr. Sadəcə göndərənin Wolt istifadəçisi olması kifayətdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Opera brauzerdə süni intellekti lokal işə salmaq üçün yeni standart təqdim etdi

Opera brauzerdə süni intellekt modellərinin lokal işə salınmasına imkan verən WebAI standartını təqdim edib. Bu, məlumat məxfiliyi baxımından mühüm addımdır.

Apple iOS 27.2 yeniləməsini yayımladı: Siri AI yeni dilləri dəstəkləyir

Apple iPhone və iPad üçün iOS 27.2 yeniləməsini təqdim edib. Yeniləmə Siri AI üçün yeni dil dəstəyi və təhlükəsizlik düzəlişləri gətirir.

Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə qeyd edib

Rabitəbank uşaqlar üçün nəzərdə tutulmuş “Rabita Junior” tətbiqi və “Kartmane Junior” kartının ilk yaşını xüsusi tədbirlə qeyd edib.

Nasdaq-100 indeksi blokçeynə keçdi: Janus Henderson ilk lisenziyalı fonu təqdim etdi

Janus Henderson və Centrifuge Nasdaq-100 indeksinə əsaslanan ilk lisenziyalı blokçeyn fonunu təqdim edib. Fond Stellar şəbəkəsində işləyir.

Microsoft 60 min işçisinə könüllü işdən çıxma təklif edir

Microsoft təxminən 60 min işçisinə könüllü işdən çıxma təklif edib. Bu addım süni intellekt investisiyaları və xərclərin optimallaşdırılması ilə bağlıdır.
spot_img