“Trendyol”un tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur fond qurulub

Azərbaycanda innovasiya və startap ekosistemini gücləndirmək məqsədilə yeni vençur fondu yaradılır. Fondun təsisçiləri sırasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Trendyol”, Azərbaycan İnvestisiya Şirkəti və “PAŞA Holdinq” daxildir. 4 milyon ABŞ dolları kapitalı ilə fəaliyyətə başlayacaq bu fond, Azərbaycandakı startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etmək və ekosistemə əhəmiyyətli töhfələr vermək məqsədilə “INMerge Ventures” təsis edilib.

Fondun yaradılması ilə bağlı Anlaşma Memorandumu “INMerge” İnnovasiya Sammiti çərçivəsində imzalanıb. Memorandumu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Trendyol”un Azərbaycandakı nümayəndəsi İrem Yılandil, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Yasin Cəlilov və “PAŞA Holdinq”in nəzdində yeni yaradılmış “Future Lab”ın baş icraçı direktoru Fərrux Əliyev imzalayıblar.

Hər bir tərəf vençur fondu üçün 1 milyon ABŞ dolları ayırıb və ümumi fond kapitalı 4 milyon ABŞ dolları təşkil edir. Bu fond, startap və innovativ layihələrə maliyyə dəstəyi göstərməklə yanaşı, yerli innovasiya ekosistemini inkişaf etdirməyi və Azərbaycanın beynəlxalq innovasiya səhnəsində mövqeyini gücləndirməyi hədəfləyir.
Bundan əvvəl Azərbaycanda “Caucasus Ventures” fondu yaradılmışdı. Fondun “limited partner”ləri arasında Paşa Holdinq və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də var.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img