Birbank Biznes, gömrük bəyannaməsi əməliyyatları üçün yeni həllər təklif edir.

Xarici köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində Birbank Biznes mühüm yeniliklər tətbiq edib. Bu yeniliklər sayəsində müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli şəkildə həyata keçirə biləcəklər. İdxal və ixrac əməliyyatlarında yer alan avans və yük gömrük bəyannamələrinin (YGB) ödəniş prosesi daha sadələşdirilmişdir.

Artıq müştərilər Dövlət Gömrük Komitəsinin səhifəsinə daxil olmadan birbaşa Birbank Biznes platforması üzərindən gömrük avans kodu yarada bilirlər. Bu xidmət ölkəmizdə ilk dəfə tətbiq olunub və məhz Birbank Biznes tərəfindən təqdim edilib. Bundan əlavə, müştərilər avtomatik şəkildə gömrük avans kodu məlumatlarını dolduraraq əldə edə bilərlər ki, bu da məlumatların əl ilə daxil edilməsini minimuma endirir və səhv ehtimallarını aradan qaldırır.

Yenilənmiş köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına, YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli çıxış imkanı yaradır. Bu xüsusiyyət müştərilərə ödəniş etmək istədikləri YGB üzrə ən son məlumatları əldə etməkdə və ödəniş prosesini avtomatlaşdırmaqda kömək edir.

Həmçinin, müştərilər idxal-ixrac əməliyyatlarında avans və uyğun YGB məlumatlarını, ödənişlərin statusunu izləyə bilərlər. Dövlət Gömrük Komitəsi sistemində yaradılan avans ödənişləri barədə məlumatlar avtomatik olaraq müştərilərə təqdim olunur və ödənişlər məsafədən idarə edilə bilir.

Ətraflı məlumat üçün: https://kbl.az/bbpraka

Əlavə suallar yaranarsa, Birbank Biznes müştəriləri canlı çat vasitəsilə də dəstək ala bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 80 min dollara yaxınlaşır, lakin rallinin nəfəs alması lazım ola bilər

Bitcoin 80 min dollara yaxınlaşır, lakin sürətli yüksəlişdən sonra texniki korreksiya mümkündür. Jackson Hole simpoziumu gözlənilir.

Ozon anbarlarına pilotsuz uçan aparat hücumu: yanğınlar baş verib

Ozon-un bir neçə şəhərdəki anbarına PUA hücumu olub, yanğınlar baş verib. E-ticarət sektoruna təsirləri araşdırılır.

Valor və Point72 General Intuition-a 6 milyard dollarlıq dəyərlə investisiya qoyur

General Intuition, 6 milyard dollarlıq dəyərlə yeni investorlardan maliyyə vəsaiti cəlb edir. Bu, süni intellekt və robototexnika üçün böyük bir addımdır.

ABŞ-da Twitch və Amazon-a qarşı AI təlimində yayım yazılarının istifadəsi ilə bağlı kollektiv iddia qaldırılıb

ABŞ-da Twitch və Amazon-a qarşı AI təlimində yayım yazılarının istifadəsi ilə bağlı kollektiv iddia qaldırılıb.

Strateji şirkəti 2 milyard dollarlıq səhm satışından sonra 1,6 milyard dollarlıq pul hovuzu yaradıb

Strategy şirkəti 2 milyard dollarlıq səhm satışından sonra 1,6 milyard dollarlıq pul hovuzu yaradıb və Bitcoin alışlarını dayandırıb.
spot_img