Azərbaycanda kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

Azərbaycanda kriptovalyuta və bütün növ virtual aktivlər üzrə tənzimləmənin təmin edilməsi məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd hazırlanır.

Bunu “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.

Onun sözlərinə görə, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır:

“Bu prosesdə ən vacib məsələ insanların tənzimləyici quruma – Azərbaycan Mərkəzi Bankına (AMB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadıdır”.

E.Abdullayev qeyd edib ki, stabilkoinlər və növbəti mərhələlərlə bağlı artıq ilkin yanaşma formalaşıb:

“Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına dair ilkin plan mövcuddur. Gələcəkdə bu proses mərhələli şəkildə idarə olunacaq və ümid edirik ki, perspektivdə Mərkəzi Bank tərəfindən tənzimlənən stabilkoin də təqdim ediləcək”.

spot_imgspot_img

Oxşar xəbərlər

İrlandiya Mərkəzi Bankı Coinbase-in avropa bölməsini 3,6 milyon avro cərimələdi

İrlandiya Mərkəzi Bankı Coinbase-in Avropa bölməsini nəzarət öhdəliklərinin pozulmasına görə 3,6 milyon avro cərimələyib.

OpenAI 1,25 trilyon dollar qiymətlə 30 milyardlıq investisiya raunduna hazırlaşır

OpenAI 30 milyard dollarlıq maliyyələşdirmə raunduna hazırlaşır və 1,25 trilyon dollar qiymətləndirmə ilə rekord qıra bilər.

MIT tədqiqatçıları 13 süni intellekt agentini təcrid edilmiş adada sınaqdan keçirdi

MIT 13 süni intellekt agentini virtual adada təcrid edərək sınaq keçirib. Agentlər öz aralarında oyunlar icad edib və məhsuldarlıqlarını artırıblar.

Kripto vençur şirkətləri startapların ilk 90 günündə satış strategiyasını dəyişir

TechCrunch Disrupt tədbirində mütəxəssislər startapların sürətli böyüməsi üçün ilk 90 gündə düzgün satış strategiyasının vacibliyini vurğulayıblar.

İsveçrə pərakəndə investorlar üçün ilk spot Bitcoin ETF-i təsdiqlədi

İsveçrə pərakəndə investorlar üçün ilk spot Bitcoin ETF-i təsdiqləyib. Fond noyabrda SIX Swiss Exchange birjasında ticarətə başlayacaq.
spot_img