Azərbaycanda 13 000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb

Azərbaycanda kiberdələduzluq nəticəsində 13000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

Məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması və baş vermiş kiberhücumların araşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırıb.

Araşdırma nəticəsində son iki ay ərzində kiberdələduzların ələ keçirdiyi 13 000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.

ETX vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir. Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Bloomberg: Braziliyadakı leysan yağışları arabika qəhvə qıtlığı yarada bilər

Braziliyadakı güclü leysan yağışları arabika qəhvə dənlərinin əlçatanlığını azaldır, qiymətlərin artması gözlənilir.

Türkiyənin milli təyyarə gəmisi MUGEM 2027-ci ildə suya endiriləcək

Türkiyənin milli təyyarə gəmisi MUGEM 2027-ci il sentyabrın 27-də suya endiriləcək.

Waymo robotaksi həvəsi: xüsusi çip texnologiyası

Waymo-nun robotaksi ambisiyaları, xüsusi çip texnologiyası ilə güclənir. Bu çiplər avtomobilin ətraf mühiti daha sürətli qavramasına imkan verir.

Fed tədqiqatı: Kripto investorlarının qərarlarına təsir edən amillər

Federal Reserve Bank of Cleveland tədqiqatına görə, kripto investorlarının qərarları əsasən inanc və keçmiş gəlirlərdən təsirlənir.

Müəllif hüquqlu kitablarla AI təlimi: qanuni vəziyyət mürəkkəbdir

Müəllif hüquqlu kitablarla AI təlimi qanuni baxımdan mürəkkəbdir və hələ də həllini tapmayıb.
spot_img