Azərbaycanlıların “Qiwi” pul cüzdanlarında qalan vəsaitlərinin aqibəti necə olacaq?

Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış “Qiwi Bank”ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Qiwi” pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir.

Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin 9 noyabr tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb”, – AMB bildirir.

Tənzimləyici qurum vurğulayır ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, qarantiya ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də “Qiwi Bank”ın lisenziyasını ləğv etdikdən sonra “Qiwi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Alibaba 30 saniyəlik videolar istehsal edə bilən süni intellekt modeli Wan3.0-ı təqdim edib

Alibaba, 30 saniyəlik videolar istehsal edə bilən yeni süni intellekt modeli Wan3.0-ı istifadəyə verib.

Yaponiya SBI Group 68 milyon dollarlıq Fasset investisiyasına rəhbərlik edir

Yaponiya SBI Group, Fasset şirkətinə 68 milyon dollarlıq investisiya raunduna rəhbərlik edib. Fasset-in dəyəri 1 milyard dollara çatıb.

Gemini Apex ilə razılaşma imzalayaraq proqnoz bazarlarını genişləndirir

Gemini, Apex ilə əməkdaşlıq müqaviləsi imzalayaraq proqnoz bazarlarında mövcudluğunu genişləndirir.

OpenAI ChatGPT-də reklamları Avropadakı bəzi istifadəçilərə göstərməyə başlayıb

OpenAI ChatGPT-də reklamları Avropanın 31 ölkəsində istifadəçilərə göstərməyə başlayıb. Reklamlar pulsuz və Go tarifində olanlara göstəriləcək.

Pakistan kripto lisenziya rejimini işə saldı: müraciət üçün son tarix sentyabrın 5-dir

Pakistan kripto lisenziya portalını açıb və mövcud şirkətlər üçün son tarix sentyabrın 5-dir. Yeni tənzimləmə çərçivəsi bazarı qanuniləşdirir.
spot_img