Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Bu ilin sonuna kimi Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə azərbaycanlı təsisçilər üçün 10 milyon ABŞ dollarlıq startaplara dəstək fondunun da yaradılması hədəflənir.

“Cari ilin hədəflərinə həmçinin mələk investorlar və vençur fondlar tərəfindən 38 investiya sövdələşməsi və mələk investorlar üçün daha bir klubun fəaliyyətə başlaması daxildir”,- deyə Y. Bikmurzina qeyd edib.

Xatırladaq ki, Azərbaycanda “Caucasus Ventures” adlı ilk vençur fondu 2022-ci ildə yaradılıb.

Mələk investorlar daha kiçik məbləğlərdə startaplara yardım göstərirlər. Hesab olunur ki, ölkədə mələk investorların sayının artması startaplara böyük dəstək olacaq. Bu səbəbdən “Technovate-Sabah” klubu Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıb.

spot_imgspot_img

Oxşar xəbərlər

MARA 81,1 milyon dollar Bitcoin-i Galaxy Digital-ə köçürüb, strategiyasını AI-a yönəldir

Bitcoin mədənçisi MARA 81,1 milyon dollar dəyərində Bitcoin-i Galaxy Digital-ə köçürüb və strategiyasını süni intellektə yönəldir.

Alex Mashinsky Nyu-Yorkla 35 milyon dollar razılaşma əldə edib, kripto qadağası alıb

Celsius-un keçmiş rəhbəri Alex Mashinsky Nyu-York prokurorluğu ilə 35 milyon dollar mülki razılaşma əldə edib, ömürlük kripto qadağası alıb.

HSBC və Ant Digital tokenləşdirilmiş depozitlərlə AI agent ödənişlərini sınaqdan keçirir

HSBC və Ant Digital, süni intellekt agentlərinin tokenləşdirilmiş depozitlərlə mikroödənişlər etməsini sınaqdan keçirib.

Ledger cüzdan müdaxiləsi iddialarını araşdırır: 86 milyon dollar kripto oğurlanıb

Ledger, Cənub-Şərqi Asiyada satılan cüzdanlarda müdaxilə iddialarını araşdırır. 86 milyon dollara qədər kripto oğurlanıb.

Amazon data mərkəzi müqavilələrində məxfilikdən imtina edir: süni intellekt infrastrukturuna etimad bərpa olunacaqmı?

Amazon yerli hökumətlərlə data mərkəzi danışıqlarında gizlilik müqavilələrindən imtina edir. Bu qərar süni intellekt infrastrukturuna etimadı bərpa edə bilərmi?
spot_img