Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və MilliÖn platformalarının sahibi “PashaPay” MMC-də idarəetmə strukturu dəyişdirilib.

Belə ki, elektron pul təşkilatı kollegial idarəetmə formasından imtina edərək təkbaşına idarəetmə modelinə keçib. İndiyədək şirkətin İdarə Heyətinin sədri vəzifəsini Samir Sabir Məmmədov, üzvlərini isə İlya Losev və Pünhan Nərimanov təşkil edirdi. Qəbul edilən yeni qərara əsasən, Pünhan Nərimanov “PashaPay” MMC-nin icraçı direktoru təyin olunub.

Qeyd edək ki, Pünhan Nərimanov hazırda Türk Dövlətləri Fintex Alyansının İdarə Heyətinin üzvü, eyni zamanda “PashaPay” MMC-də baş icraçı direktorun müavini və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. O, bundan əvvəl “MilliÖN” brendini təmsil edən Komtec LTD-də baş icraçı direktor vəzifəsini icra edib.

Xatırladaq ki, “PashaPay” MMC 2007-ci ildə təsis edilib və şirkətin 73,87 milyon manat nizamnamə kapitalı mövcuddur.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img