“Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama

Mərkəzi Bankın İdarə Heyətininin 10 dekabr 2024-cü il tarixli 49/3 nömrəli Qərarı ilə “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq edilib və qərar 21 dekabr 2024-cü il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, müvafiq Tələblər “Açıq bankçılıq” yanaşmasının tətbiqi məqsədilə təsdiq edilib. Belə ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 62.7-ci maddəsinə əsasən Mərkəzi Banka operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququ verilib. Bununla da maliyyə bazarlarında “Açıq bankçılıq” yanaşmasının tətbiqi mümkün olub.

Tələblərdə ödəniş hesabına giriş interfeysi üzrə dəstəklənən xidmətlər, interfeys iştirakçılarının fəaliyyətləri və interfeysin istifadə halları əhatə olunub. İnterfeysdən istifadə hallarına ödəniş hesabı üzrə məlumat, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və açıq məlumat xidmətləri daxil edilib.

Qəbul olunmuş tələblər ölkəmizin maliyyə bazarlarında innovativ xidmət və məhsulların yaradılması, bununla da maliyyə bazarlarında xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılması, ölkədə rəqəmsal bankçılıq və maliyyə texnologiyaları üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin daha müasir müstəvidə qurulması və nəzarət subyektləri arasında tənzimləmə mühitinin qorunmasına xidmət edəcəkdir.

Yeni Tələblər barədə daha ətraflı məlumatla keçid linki vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/assets/1188c545eb180fc9e396d4bf0.pdf

spot_imgspot_img

Oxşar xəbərlər

Çin 5,7 milyard dollarlıq fırıldaqla bağlı 61 800 BTC müsadirə etmək istəyir

Çin prokurorları 5,7 milyard dollarlıq fırıldaq sxemi ilə bağlı 61 800 BTC-nin müsadirəsini tələb edir. Britaniya məhkəməsi zərərçəkənlərin iddialarına Çin hüququnun tətbiqinə qərar verib.

Anthropic arxa planda işləyən Claude Duet süni intellekt agentini təqdim etdi

Anthropic tapşırıqları arxa planda icra edən Claude Duet AI agentini təqdim edib. Yeni alət kiçik biznes və peşəkarların gündəlik işlərini avtomatlaşdırmağı hədəfləyir.

Maliyyə Nazirliyi rəqəmsallaşmanı 1-2 il ərzində tamamlamağı planlaşdırır

Maliyyə Nazirliyi rəqəmsallaşma prosesini 1-2 il ərzində tamamlamağı hədəfləyir. Qurumun nümayəndəsi rəqəmsal maliyyə ekosisteminin yeni mərhələsini təqdim edib.

Bitcoin 85 min dollara yüksəldi, sonra geri çəkildi

Bitcoin 84 min dollarlıq müqaviməti keçsə də, texnologiya səhmlərindəki narahatlıq fonunda 82,5 min dollara geri çəkilib.

Recursive Flint adlı noutbuk üçün kodlaşdırma modelini təqdim etdi

Recursive startup-ı əsasən süni intellekt tərəfindən hazırlanan Flint kodlaşdırma modelini təqdim edib.
spot_img