Alibaba səhmləri 8% bahalaşıb – Bulud xidmətləri və e-ticarət sektorundakı inkişaf rüblük mənfəəti artırıb

Alibaba-nın səhmləri cümə axşamı günü yüksəlib, çünki Çin nəhəngi, Bulud Zəka bölməsi və e-ticarət sektorundakı güclü performans sayəsində dekabr rübündə kəskin mənfəət artışı elan etib.

Şirkət bildirib ki, 31 dekabrda başa çatan rübdə xalis mənfəət 48,945 milyard yuan (təxminən 6,72 milyard dollar) təşkil edib. Bu, LSEG-in proqnozlaşdırdığı 40,6 milyard yuandan və ötən ilin eyni dövründə qeydə alınan 14,433 milyard yuandan xeyli yüksəkdir.

Gəlir 280,154 milyard yuana çatıb, analitiklərin proqnozu isə 279,34 milyard yuan idi.

Şirkətin səhmləri bu il New York və Honq Konq birjalarında 50%-ə yaxın bahalaşıb.

Alibaba-nın CEO-su Eddi Vu açıqlamasında bildirib ki:
“Bu rübün nəticələri, ‘istifadəçi ön planda, AI yönümlü’ strategiyalarımızın və əsas bizneslərimizin yenidən sürətlənən inkişafının əhəmiyyətli irəliləyişini nümayiş etdirib.”

“Bulud xidmətlərimizdə gəlir artımı 13%-ə çataraq yenidən ikirəqəmli artım tempinə qayıdıb, süni intellektlə bağlı məhsullar isə ardıcıl altı rüb ərzində üçrəqəmli artım göstərib. Gələcəkdə, AI ilə idarə olunan Bulud Zəka Qrupunun gəlir artımı daha da sürətlənəcək.”

Şirkətin ABŞ-da siyahıya alınmış səhmləri nəticələrin açıqlanmasından sonra 8%-dən çox bahalaşıb.

Texnologiya diqqət mərkəzində

Alibaba-nın Bulud Zəka Qrupu dekabr rübündə illik 13% artımla 31,742 milyard yuan gəlir əldə edib.

İnvestorlar Alibaba-nın texnologiya sahəsindəki addımlarını yaxından izləyirlər. Şirkətin Apple ilə Çində satılan iPhone-lara AI funksiyalarını inteqrasiya etmək üçün əməkdaşlıq elan etməsi, bu diqqəti daha da artırıb.

Çində texnologiya sahəsinə maraq yanvarın sonunda yerli startap DeepSeek-in AI modelini təqdim etməsi ilə daha da artıb. DeepSeek-in iddiasına görə, onların modeli ABŞ-dakı rəqiblərindən daha effektiv və sərfəli istehsal olunur. Alibaba 2023-cü ildə ChatGPT-yə bənzər Tongyi Qianwen (Qwen) adlı AI modelini təqdim etmiş, bu il isə onun Qwen 2.5 versiyasını istifadəyə vermişdi. Reuters-in məlumatına görə, şirkət iddia edir ki, yeni versiya DeepSeek modelindən daha güclüdür.

Eddi Vu açıqlamasında qeyd edib:
“Süni intellekt dövrü infrastruktur üçün böyük və aydın tələbat yaradır. Biz AI infrastrukturu sahəsinə aqressiv şəkildə investisiya edəcəyik.”

Alibaba gələcək üç ildə bulud və AI infrastrukturu sahəsinə əvvəlki on ildəkindən daha çox vəsait yatırmağı planlaşdırır.

Alibaba-nın qurucusu Cek Ma, 2020-ci ildən bəri ictimaiyyət qarşısına nadir hallarda çıxırdı. Lakin o, bu həftə Çin Prezidenti Si Cinpinqlə qapalı görüşə qatılan iş adamlarından biri olub. Si Cinpin özəl biznesləri yeni dövrdə inkişafa təşviq etməyə çağırıb.

Satış göstəriciləri

Alibaba-nın əsas bölmələri olan Taobao və Tmall Qrupu, dekabr rübündə illik 5% artımla 136,091 milyard yuan gəlir əldə edib. Beynəlxalq Rəqəmsal Ticarət Qrupu (Lazada, AliExpress və digər e-ticarət platformalarını əhatə edir) isə 32% artımla 37,756 milyard yuan gəlir qazanıb.

Çin iqtisadiyyatının ikinci ən böyük istehlak bazarı olmasına baxmayaraq, istehlakçıların xərcləmə tendensiyası ilə bağlı suallar açıq qalır. Dekabrda pərakəndə satışlar 3,7% artıb ki, bu da gözləntilərdən yüksək olub. Pekin hökuməti 10 trilyon yuanlıq fiskal paketinfaiz dərəcələrinin azaldılmasını da əhatə edən bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirib.

Bəzi analitiklər istehlakçıların xərcləmələrində zəifliyin davam edəcəyini proqnozlaşdırsa da, yanvarda inflyasiya son beş ayın ən yüksək sürətlə artımını göstərib.

spot_imgspot_img

Oxşar xəbərlər

Harmony layer-1 şəbəkəsini bağlamağı və ONE tokenini Ethereum-a köçürməyi təklif edir

Harmony layer-1 şəbəkəsini dayandırmağı və ONE tokenini Ethereum-a köçürməyi təklif edir. Bu, istismar hadisəsindən sonra baş verir.

Marketpleyslərdə qiymətlər aşağı düşüb

Rusiyanın Marketpleys Assosiasiyası onlayn platformalarda qiymətlərin azaldığını bildirib, lakin oflayn sektorda logistika xərcləri artır.

Pişik memecoin Zcash sahiblərinə 2,8 milyon dollar ödəyib

ZCAT tokeni hər transferdə 3% vergi tutaraq ZEC sahiblərinə paylayır. ZEC qiyməti 1200 dolları keçdiyi üçün ödənişlər əhəmiyyətlidir.

Rusiyada ‘M.video’ 17,5 milyard rubl cəlb edib

Rusiyanın elektronika pərakəndə satış şəbəkəsi M.video 17,5 milyard rubl cəlb edərək marketplace inkişafına yönəldəcək.

Onlayn ticarət regionlara doğru yerdəyişir

Rusiyada onlayn ticarət fəaliyyəti regionlara doğru yerdəyişir. Moskva və Moskva vilayətinin marketplace dövriyyəsindəki payı əhəmiyyətli dərəcədə azalıb.
spot_img