Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də rəhbər vəzifə üzrə kadr dəyişikliyi baş verib.

“Birmarket”in yaradıcısı olan “Competo” MMC-nin direktoru vəzifəsinə Məmmədov Samir Sabir oğlu təyin edilib. O, bu təyinata qədər “PashaPay”in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb. Qeyd edək ki, həm “Birmarket”, həm də “PashaPay” PASHA Holdingə daxil olan qurumlardır.

Bundan əvvəl “Competo” MMC-nin rəhbəri vəzifəsini Qulaməliyev Rauf İlham oğlu icra edirdi.

Şirkət 178 milyon 383 min 780 manat nizamnamə kapitalı ilə yaradılıb və 2018-ci il 9 fevral tarixində dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən rəqəmsal loyallıq və ödəniş platforması “Umico”nun mobil tətbiqi 1 iyul 2025-ci il tarixindən etibarən “Birmarket” brendi ilə fəaliyyətini davam etdirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Eks FTX Europe rəhbəri SEC güzəşti ilə ABŞ-da tokenləşdirilmiş səhm bazarı qurur

FTX Europe-un keçmiş rəhbəri Nasdaq-da siyahıya alınan Perpetuals.com vasitəsilə ABŞ-da tokenləşdirilmiş səhm ticarəti platforması qurur.

Kraken ana şirkəti Payward Avropa bankını alaraq depozit və kredit bazarına girir

Kraken birjasının ana şirkəti Payward Litvanın Saldo Bankını alıb və Avropa İttifaqı bankını əldə edən ilk kripto şirkəti olub.

Apple TV 4K yeni nəsil modeli təqdim edildi: A19 çip və süni intellekt dəstəyi

Apple 4-cü nəsil Apple TV 4K modelini təqdim edib. Yeni cihaz A19 prosessoru və süni intellekt dəstəkli Siri ilə təchiz olunub.

Rusiya marketpleys satıcıları üçün güzəştli kredit şərtləri müzakirə olunur

Rusiyada marketpleys satıcılarının bank dəstəyi müraciətlərinin əksəriyyəti rədd edilib, assosiasiya Mərkəzi Bankdan şərtlərin dəqiqləşdirilməsini xahiş edir.

Google Play Store süni intellekt əsaslı yeniliklər elan etdi

Google Play Store süni intellekt əsaslı yeniliklər elan edib: AI ilə tətbiq yaratma və Gamer DNA ilə fərdiləşdirilmiş oyun kəşfi mümkün olacaq.
spot_img