Birbank Biznes-lə sərəncam ödənişləri daha asan və rahatdır

Birbank Biznes sahibkarlar üçün biznes proseslərini asanlaşdırmağa davam edir.

Belə ki, ölkədə ilk dəfə olaraq sərəncam ödənişlərini mobil tətbiqdən etmək mümkündür. Bu funksionallıq onlara hesablarına daxil olan sərəncamları filiala getmədən, vaxt itirmədən, günün istənilən saatında rahatlıqla və operativ şəkildə ödəmək imkanı yaradır. 

Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqində Sərəncamlar bölməsinə klik edərək sərəncamı seçib ödəniş etmək kifayətdir.

Birbank Biznes mobil tətbiqini yükləmək və sahibkar hesabı açmaq üçün keçid edə bilərsiniz: https://onelink.to/ej5bbu 

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

– Onlayn biznes hesablarının açılması

– Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi

– Nağdsız valyuta mübadiləsi

– Biznes krediti üzrə müraciətlərin edilməsi

– Cari və kart hesabından QR-nağdlaşdırma

– Mobil POS sifarişi və əməliyyatların qəbulu

– Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil

– Əməkhaqqı kartlarına mədaxil

– POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması

– Kliklə ödə xidməti

– Süni intellekt əsaslı “Çat” sorğu xidməti

– HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi

– Sərəncamlara nəzarət və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img