AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC karbon emissiyalarının kompensasiyası proqramına start verir.

AZAL sərnişinlərinə karbon emissiyalarının kompensasiyası proqramında iştirak edərək səyahətlərini ekoloji cəhətdən daha məsuliyyətli etmək imkanı təqdim edir. Bu könüllü təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə və aviasiyanın ətraf mühitə təsirini azaltmağa yönəlib. Proqram çərçivəsində AZAL karbon emissiyalarının kompensasiyası sahəsində tanınmış lider şirkətlərdən biri olan “CarbonClick” ilə əməkdaşlıq edir.

Bu proqram vasitəsilə AZAL-ın hər bir sərnişini ekoloji layihələrə dəstək verməklə öz uçuşlarının ətraf mühitə təsirini azalda bilər. Kompensasiya prosesini aviabilet alarkən və ya alındıqdan sonra həyata keçirmək mümkündür. Sərnişinlər bu linkə keçid edərək öz uçuşlarının karbon izini hesablaya və təşəbbüsdə iştirak edə bilərlər: https://azerbaijanairlines.carbon.click/.

İqlim dəyişikliyinin ciddiliyini nəzərə alaraq aviasiya sahəsi bu problemin həllinə töhfə vermək üçün addımlar atır. Karbon emissiyalarının kompensasiyası proqramı çərçivəsində AZAL-ın sərnişinləri “Gold Standard” və VCS kimi beynəlxalq təşkilatlar tərəfindən sertifikatlaşdırılmış layihələri dəstəkləyirlər. Bu layihələr karbon emissiyalarını azaltmağa və təmiz enerji mənbələrinin istifadəsini artırmağa kömək edir.

AZAL aviadaşımalar zamanı CO2 emissiyalarını azaltmaq məqsədilə ekoloji təşəbbüslərini daha da genişləndirməyi planlaşdırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Robinhood-un kripto həcmi avqustda 61% artıb, illik müqayisədə isə azalıb

Robinhood-un kripto ticarət həcmi avqustda 61% artsa da, illik müqayisədə 38% azalıb və bu, bazarın bərpasının hələ tamamlanmadığını göstərir.

Standard Chartered: Sky tokeni 2028-ci ilə qədər beş dəfə bahalaşa bilər

Standard Chartered bankı Sky tokeninin 2028-ci ilə qədər beş dəfə bahalaşacağını proqnozlaşdırır, bu isə DeFi sektoruna institusional marağın artdığını göstərir.

Wildberries anbar hücumlarından zərər çəkən satıcılara güzəştli kredit veriləcək

Wildberries anbarlarına edilən hücumlardan zərər çəkən satıcılara əsas dərəcə üstəgəl 3% şərti ilə güzəştli kredit təqdim ediləcək.

UniCredit kripto ticarəti və saxlanması üçün infrastruktur tərəfdaşı axtarır

İtaliyanın UniCredit bankı kripto ticarəti və aktivlərin saxlanması üçün infrastruktur tərəfdaşı axtarır, bu isə Avropa banklarının rəqəmsal aktivlərə inteqrasiyasını sürətləndirir.

VTB 2027-ci ilə qədər ştatın optimallaşdırılması ilə 10 milyard rubl qənaət etməyi planlaşdırır

VTB bankı 2027-ci ilə qədər ştatın optimallaşdırılması hesabına 10 milyard rubl qənaət etməyi planlaşdırır.
spot_img