LeoBank yeni Prime Kartını test edir

LeoBank öz mobil tətbiqi vasitəslə bəzi aktiv və sadiq müştərilərinə yeni Prime kartını test etməyə dəvət edib. LeoBankdan verilən məlumata əsasən, Leo Prime kartı, Visa Signature kateqoriyasına aiddir.

Tezliklə Leobank yeni premium kartını təqdim edəcək, hazırda isə bu kartın virtual versiyasını seçilmiş müştərilərə təqdim edirlər; – “Aktiv və sadiq Leo müştərisi kimi Leo Prime kartının bütün xüsusiyytlərinibirinci sınamağa dəvət edirik.”

Leo Prime kartının üstünlükləri:

  • Leo Prime ilə müştərilər Visa-dan xüsusi dəstək və konsyerj xidməti əldə edəcək.
  • Restoran masaları rezerv etmək daxil olmaqla istənilən sorğuları həll etməyə kömək edəcək.
  • Hava limanlarında VIP zallara giriş, növbəsiz təhlükəsizlik yoxlaması və rahat qeydiyyat.
  • Lounge Key proqramı vasitəsilə dünyanın 1300-dən çox biznes zallarına giriş.
  • Fast Line xidməti sayəsində hava limanında rəsmiyyətlərin sürətli keçid

Eləcə də Leo tətbiqində yeni xüsusiyyətlər:

  • Bütün alış-verişlərdən 1% keşbek və ya aylıq 2 kateqoriyalı keşbek seçimi;
  • Şəxsi vəsaitlərin balansında 7% artan depozit xüsusiyyəti;
  • Şəxsi vəsaitlərin ölkə daxilində digər bankların kartlarına komissiyasız köçürülməsi üçün ayda 5000 manata qədər artırılmış limit.
  • Fərdiləşdirilə bilən əsas ekran: öz şəklinizi təyin edə bilərsiniz.
  • Tətbiq nişanı seçimi.
  • Avatar üçün emoji – Leo müştəriləri arasında fərqlənin.
  • Google Pay və Apple Pay-də kartınız üçün eksklüziv VIP dizaynlar.
  • Tətbiqdə əlavə mükafatlar.

Leo Prime kartı üzrə tariflər:

  • Kartın dəyəri 50 m
  • Kart üzrə xidmət haqqı 10 aylıq.
  • Kartda orta hesabla 3000 manatdan çox vəsaitsaxlanılırsa, xidmət haqqı tutulmayacaq.

Kart sifarişini indidən etmək təklif olunsa da, Kartların çatdırılmasına 1-2 ay ərzində başlanılacağı bildirilir. Müştərilərdən Kart gələnədək isə heç bir ödəniş tutulmayacaq və sifariş rəsmiləşdirilmədən öncə bildiriş göndəriləcək, istənilərsə imtina etmək olacaq.

Qeyd; Kart şəkli rəsmi deyil…

spot_imgspot_img

Oxşar xəbərlər

Saylor Strategy-nin Bitcoin alışını eyham vurdu: sentyabr STRC geri alışları ilə bağlandı

Maykl Saylor Strategy-nin Bitcoin portfelinə əlavə edə biləcəyinə işarə edib, investorlar rəsmi məlumatı gözləyir.

Süni intellekt sənayesi data mərkəzi müxalifətini NDA-lardan imtina etməklə inandıra bilərmi?

Süni intellekt sənayesi data mərkəzlərinə qarşı ictimai müxalifəti azaltmaq üçün şəffaflığı artırmağı və NDA-lardan imtina etməyi düşünür.

Microsoft Windows 11 sürücü problemlərinə son qoymaq üçün Intel, AMD və NVIDIA ilə əməkdaşlığa başladı

Microsoft, Windows 11-in davamlılığını artırmaq üçün Intel, AMD və NVIDIA ilə birgə sürücü keyfiyyət proqramı elan edib.

Clarity qanununun uğursuzluğu kripto innovasiyasını sürətləndirə bilər

Clarity tənzimləmə təşəbbüsünün uğursuzluğu kripto sektorunda həm yeni imkanlar, həm də qeyri-müəyyənlik yaradır.

Efferon uşaq sepsisi ilə mübarizə üçün qan təmizləmə texnologiyası hazırlayır

Battlefield 200 startup-ı Efferon pediatrik sepsisə qarşı qan təmizləmə texnologiyası ilə çıxış edir.
spot_img