AZPROMO “Alibaba.com” ilə Anlaşma Memorandumu imzalayıb

Bu gün Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çinin elektron ticarət nəhəngi “Alibaba.com” arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin şirkətinin Qlobal Strateji Tərəfdaşlıq üzrə rəhbəri Tim Sonq imzalayıb.

Anlaşma Memorandumu “Made in Azerbaijan” brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışına töhfə verəcək. İmzalanma “Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar” çərçivəsində baş tutub.

***

T.Sonq qeyd edib ki, Azərbaycan şirkətlərinin məhsullarının Alibaba.com platformasında satışa çıxarılması müzakirə edilir. “Azərbaycanın unikal ixrac potensialı var. Bizim məqsədimiz ölkənizə unikal məhsul və xidmətlərlə beynəlxalq arenada seçilməkdə kömək etməkdir. “Alibaba” yarandığı gündən kiçik və orta biznesin (KOB) qlobal bazara çıxmaq səylərini daim dəstəkləməyə çalışıb. Bu gün Azərbaycanda yerli kiçik və orta müəssisələrlə işə başladığımızı elan etməkdən məmnunuq. Bu təşəbbüsün məqsədi Azərbaycan KOB-larına öz məhsullarını həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanıtmaqda kömək etməkdir”.

“Alibaba” Azərbaycan bazarının ehtiyaclarını təhlil etmək üçün öz təcrübəsindən və resurslarından istifadə etməyi, eləcə də yerli satıcılara bütün dünyada geniş yayılmış B2B tərəfdaşlar şəbəkəsinə çıxışı təmin etməyi planlaşdırır”, – deyə şirkət rəsmisi əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...

“Kontakt home” bank xidmətləri göstərəcək

"Kontakt App" – Gələcəyin Bank Xidməti: Rahat, Sürətli və...
spot_img