Epoint.az Apple Pay və Google Pay ödənişlərini təqdim edir.

Epoint.az KOS müştərilərinə Apple Pay və Google Pay tokenləşdirilmiş ödənişlərdən istifadə etməklə mal və xidmətlər üçün elektron ticarət ödənişlərini qəbul etmək imkanı verir.

Epoint Inc. CyberSource və beynəlxalq ödəniş şirkəti Visa ilə birlikdə, bütün növ bizneslər üçün e-ticarətdə Apple Pay və Google Pay ödənişlərinin qəbulu xidmətini işə saldı. Bu məhsulun əsas məqsədi, KOS və Mikro müştəriləri üçün, hətta veb-saytları və ya mobil tətbiqləri olmadan, bir neçə kliklə, öz müştərilərindən tokenləşdirilmiş ödənişləri qəbul etmək imkanını təqdim etməkdir.

Epoint bu xidmətə iki istiqamətdə qoşulma imkanı verir:

1. Müştərinin veb-saytı və ya mobil tətbiqi varsa, bir neçə dəqiqə ərzində təqdim olunan API protokolu vasitəsilə inteqrasiya edərək müştəriləri üçün Apple Pay və Google Pay ödəniş xidmətlərini qəbul edə bilər.

2. Müştərinin veb-saytı və ya proqramı yoxdursa, Epoint-ə qoşularaq ödəniş alətlərinə inteqrasiya olunmuş pulsuz mini-sayt (Biznes səhifəsi) əldə edə bilər. Müştəri, istənilən vaxt hansı növ ödənişləri qəbul etmək istədiyinə özü nəzarət və ödənişləri idarə edə bilər. Ödənişlərin qəbulu üçün hazır platformadan istifadə edərək, müştəri öz veb-saytını yaratmadan və xərcləri olmadan, dərhal ödənişləri qəbul etməyə və satış konversiyasını artıra bilər.

Hər iki istiqamət üzrə müştərilər, 2 kliklə tokenləşdirilmiş ödənişləri qoşa, satışlarını artıra, müştərilərinə ödəniş zamanı kartları yaddaşda saxlamadan ödənişləri icra edə, biometrik ödəniş yoxlaması vasitəsilə daha təhlükəsiz ödənişləri qəbul edə, həmçinin inteqrasiya xərclərini azalda biləcəklər.

Apple Pay və Google Pay ödənişləri Epoint platformasında yaradılan və ödəniş üçün müştəriyə göndərilən fakturalarda da mövcuddur. Beləliklə, ödənişləri qəbul etmək üçün dinamik hesab-fakturalardan istifadə edən şirkətlər də bir neçə kliklə tokenləşdirilmiş ödənişləri qəbul edə biləcəklər.

Apple Pay və Google Pay ödənişləri ödənişin sürətini artırmağa, orta ödəniş məbləğini artırmağa, həmçinin rahat ödəniş interfeysindən istifadə edərək ödəniş etmək üçün telefonundan istifadə edən müştərilərin loyallığını artırmağa kömək edir.

Tokenləşdirilmiş ödənişlər yemək çatdırılması, taksi xidmətləri, marketplace, ictimai nəqliyyat ödəniş xidmətləri və s. kimi bir çox tətbiqlərdə istifadə olunur.

Bu xidmətə qoşulan ilk müştərilər komissiyalarda 20% endirim əldə edəcək və dərhal endirimli qiymətlə ödənişləri qəbul etməyə başlaya biləcəklər.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ inflyasiyası və Coinbase-in Deribit satınalması: Kripto həftəsinə baxış

ABŞ inflyasiya məlumatları və Coinbase-in Deribit-i alması kripto bazarının həftəlik hərəkətlərini müəyyən edəcək.

Harmony blockchain süni intellekt təhdidləri səbəbindən bağlanmaq istəyir

Harmony blockchain süni intellekt təhdidləri səbəbindən şəbəkəni bağlamaq istəyir. ONE token emissiyası AI video biznesinə yönləndirilə bilər.

Marketplacelərin çatdırılma məntəqələrinin sayı milyonluq şəhərlərdə 12% artıb

Milyonluq şəhərlərdə marketplace çatdırılma məntəqələrinin sayı 12% artıb, ən sürətli artım Yekaterinburq və Permdə qeydə alınıb.

KOBİ-lər üçün ön mühasibat platforması Poneo istifadəyə verildi

KOBİ-lər üçün ön mühasibat platforması Poneo istifadəyə verilib. Platforma maliyyə müşavirlərinə operativ prosesləri vahid ekranda idarə etməyə imkan verir.

Bitcoin Liquid yan zəncirində 4000 BTC çıxarılıb

Liquid yan zəncirində 4000 BTC çıxarılıb və şəbəkə müvəqqəti dayandırılıb. Hakerlər vəsaiti qaytaracaqlarını bildiriblər.
spot_img