Bitkoini kəskin bahalaşdıran nədir?

Bu il dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti son 3 ildə ilk dəfə 57 min ABŞ dollarını keçdi, hazırda isə qiymət 56,2 min ABŞ dolları civarındadır.

Son nəticədə onun bazar kapitallaşması 1,1 trilyon ABŞ dollarına yüksəlib.

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev hesab edir ki, qiymətin birdən-birə xeyli yüksəlməsinin səbəbi bir sıra fondların və korporativ şirkətlərin bitkoinə investisiya qoyuluşunu kəskin artırmasıdır. Başqa sözlə, bazara nəzərəçarpacaq dərəcədə vəsaitin daxil olması bahalaşmaya stimul verib.

“Bu ilin aprel ayında “bitcoin halving” (kriptovalyuta şəbəkəsində yaradılan hər bloka görə mükafatın azalması) hadisəsi gözlənilir. Tarixi statistik məlumata əsasən, BTC-nin qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayıb və növbəti tarixi maksimuma yüksəlib. Daha bir səbəb, ABŞ Federal Ehtiyatlar Sisteminın (FED) uçot dərəcəsini vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntilərin artmasıdır”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bitkoin yeni “buğa dövrü”nə daxil olur: “Bitkoinin tarixi maksimum qiymət səviyyəsi olan 69 min ABŞ dollarına qədər artımını hədəflədiyini müşahidə edirik. Lakin hesab edirəm ki, bitkoin yaxın zamanda 57,9 min və 58,2 min ABŞ dolları hədəfləri keçməlidir ki, növbəti tarixi maksumum qiymətini yeniləyə bilsin”.

“Bundan əlavə, qorxu və xəsislik indeksi (“Fear & Greed Index”) hazırda 79 bənd səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 bənddən çox olduqda, iri investorlar satış edirlər”, – deyə E.Quliyev əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

a16z dəstəkli DATA blockchain strategiyasını dəyişir: 30 milyon dollarlıq Sui sövdələşməsi

a16z dəstəkli DATA blockchain strategiyasını dəyişərək 30 milyon dollarlıq Sui sövdələşməsi ilə süni intellekt təlim məlumatlarına keçir.

Meta süni intellekt xərclərini maliyyələşdirmək üçün yeni səhm sinfi yaradır

Meta süni intellekt xərclərini maliyyələşdirmək üçün yeni səhm sinfi yaradır. Bu addım AI infrastrukturuna yönələn milyardlıq investisiyaları dəstəkləməlidir.

Standard Chartered Zodia Custody kripto saklama şirkətini rəsmən alır

Standard Chartered kripto saklama şirkəti Zodia Custody-ni rəsmən alır. Sövdələşmə bankların rəqəmsal aktivlərə artan marağını əks etdirir.

Webrazzi Arena 2026 qalibləri məlum oldu: startup ekosisteminin diqqət çəkən layihələri

Webrazzi Summit 2026 çərçivəsində keçirilən Arena yarışmasının qalibləri müəyyənləşib. Tədbirdə regionun diqqət çəkən startup layihələri təqdim olunub.

Böyük Britaniyanın maliyyə nəzarətçisi DeFi və kripto qaydaları üzrə konsultasiyalara başladı

Böyük Britaniyanın FCA tənzimləyicisi DeFi və kripto qaydaları üzrə rəsmi konsultasiyalara başlayıb. Sənaye iştirakçıları rəy bildirə biləcək.
spot_img