Umico Trendyol sifarişləri üçün Avtosmartcustoms xidmətini təqdim edib

Umico Trendyoldan sifariş edilən məhsulların avtomatik bəyan edilməsi xidmətini aktivləşdirib. Xidmət Umico Logistics tərəfindən təqdim edilib və Avtosmartcustoms olaraq adlandırılıb.

“Umico” tətbiqində yerləşən şəxsi kabinetində “TRENDYOL CROSSBORDER” bölməsində razılıq düyməsini sıxdıqda, Umico avtomatik olaraq bəyan etməni icra edir.

Avtosmartcustoms-dan necə istifadə etmək mümkündür? Bir neçə addımla indi izah edəcəyik:
– “Umico” tətbiqindəki “Kabinet” bölməsinə daxil oluruq.
– Daha sonra “Trendyol crossborder” (Bəyannamənin təsdiq olunması) hissəsinə keçid edirik.
– Umico-nun bizim əvəzimizdə sifarişləri bəyan etməsi üçün razılıq veririk.

Qeyd: Ölkəmizdə fəaliyyət göstərən digər karqo şirkətlərinin də tezliklə bu xidməti aktivləşdiriləcəyi gözlənilir.

spot_imgspot_img

Oxşar xəbərlər

tmark.ai süni intellektlə marka analizi platforması yayımlandı

tmark.ai süni intellekt dəstəyi ilə marka adlarının analizini və sürətli marka qeydiyyatını təmin edən yeni platformadır.

Rusiyada məhsul kartlarının marketplace arası köçürülməsi təklif edilir

Rusiya İqtisadi İnkişaf Nazirliyi satıcılara məhsul kartlarını marketplace-lər arasında köçürməyə icazə verilməsini təklif edən qanun layihəsi hazırlayıb.

Visa, Mastercard və Ripple x402 protokolunu dəstəkləyir: süni intellekt agentləri üçün ödənişlər

Visa, Mastercard və Ripple kimi nəhənglər Coinbase-in qurduğu x402 protokoluna qoşularaq AI agentləri üçün ucuz ödənişlərə imkan yaradır.

Bitcoin 65 min dollara yaxınlaşır: ABŞ inflyasiyasının soyuması Fed faiz dərəcələrini dəyişir

ABŞ iyun CPI məlumatları Fed faiz artırımı ehtimalını azaldıb, Bitcoin 65 min dollar səviyyəsinə yüksəlib.

Google yeni AI təlim məhkəməsi ilə üzləşir

Böyük nəşriyyatlar Google-u süni intellekt təlimi üçün müəllif hüquqlarını pozmaqda ittiham edir.
spot_img