ELEKTRON TİCARƏTDƏ YENİLİK; Bütün taksitli kredit kartlar bir platformada

Epoint.az KOS müştəriləri üçün innovativ həllini – Bizneslər üçün Taksitli kredit kartları ilə ödəniş həllini təqdim edir. Epoint-in Azərbaycanda e-ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı rəqəmsal ödənişlər sənayesində dünya lideri Visa şirkətidir.

Epoint Inc. elektron ticarət ilə məşğul olan biznes sahibləri üçün vahid bir platforma üzərindən, bazarda olan bütün taksitli kredit kartlarını birləşdirən satış həllini təqdim edir. Epoint platforması üzərindən, istənilən məhsulu və ya xidməti taksitli kredit kartları vasitəsi ilə aylara bölərək müştərilərə satış etmək mümkündür. Bunun üçün Epoint müştəriləri şəxsi kabinetlərində təqdim olunan kartlar üzrə kredit müddətini seçərək müştəriləri üçün anında xidməti təqdim edə bilərlər.

Bu xidmət həm saytı və mobil tətbiqi olan müştərilər üçün API inteqrasiya üzərindən, həm də heç bir resursu olmayan kiçik müştərilər üçün, Epoint-in təqdim etdiyi “Biznes Səhifə” üzərindən təqdim oluna bilər. 

Kiçik bizneslərin saytı və ya mobil tətbiqi olmadığı üçün, bunların hazırlanması və banklar ilə inteqrasiyası kifayət qədər xərc tələb etdiyinə görə, Epoint onlara sadə və tez üsul ilə bu xidmətlərin alınması üçün və satışlarını artıra biləcək bir xidməti özündə birləşdirib.

Hazırda Epoint platformasında 900-dən çox biznes müştəri var. Bu müştərilərə taksitli satış xidməti dərhal təqdim olunaraq məhsullarını kredit ilə öz müştərilərinə təqdim edərək, satlşlarını kəskin artıra biləcəklər. Həmçinin yeni müştərilərə bu xidmət bir qeydiyyat və bir müqavilə imzalamaqla təqdim olunur. Müqavilə ASAN İmza ilə imzalandığı üçün, taksitli ödənişlərin aktivasiyası 3 dəqiqə ərzində baş verir.

Hazırda ABB Bankın “Tamkart” və Kapital Bankın “Birkart” məhsulları üzrə taksitli ödənişləri qəbul etmək mümkündür. Yaxın zamanda, digər bankların kredit kartları da inteqrasiya olunaraq müştərilərə təqdim olunacaq.

Bizim təqdim etdiyimiz “Taksitli ödənişlər” həlli, yeni məhsulların və texnoloji imkanların köməyi ilə biznesin daha da rəqəmsallaşmasına və bununla da ölkənin rəqəmsal biznes mühitinin daha da böyüməsinə töhfə verəcək. Əminik ki, platformada təqdim olunan rəqəmsal məhsulların köməyi ilə, biz biznesin onlayn rejimdə aparılması prosesini sürətləndirə, müştərilərin satışlarını artıra və ölkədə nağdsız ödənişlərin artımını stimullaşdıra biləcəyik”, – Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.

Epoint Azərbaycandan 500 Global beynəlxalq akselerasiya proqramına seçilən və investisiya cəlb edən ilk Fintex şirkətidir.

spot_imgspot_img

Oxşar xəbərlər

Recursive Superintelligence Amazonla 410 milyon dollarlıq kompüter müqaviləsi imzaladı

Recursive Superintelligence, Amazon ilə 410 milyon dollar dəyərində kompüter gücü müqaviləsi imzalayaraq AI modellərinin inkişafı üçün geniş resurslar əldə edib.

App Store-da gizli incilər: AI dövründə proqram təminatı hələ də yer var

AI agentlərinin populyarlığına baxmayaraq, App Store-da hələ də kəşf ediləcək çoxlu gizli incilər var. Bu proqramlar müxtəlif funksiyalar təklif edir.

Ondo tokenləşdirilmiş aktiv blokçeyn planlarını dayandırır, özəl ticarət şəbəkəsi qurur

Ondo, tokenləşdirilmiş aktivlər üçün blokçeyn planlarını geri çəkərək, özəl ticarət şəbəkəsi qurmağa qərar verib. Yeni şəbəkə davamlı fyuçers platformasını gücləndirəcək.

Coinbase Kanadada ‘hər şey birjası’ olmaq istəyir, aydın qaydalar tələb edir

Coinbase Kanada bölməsinin yeni CEO-su, şirkətin ölkədə hər şey birjası olmaq istədiyini, lakin daimi qaydalar olmadan bunun mümkün olmadığını bildirib.

Cyera Oasis Security-ni 1 milyard dollara alır: AI təhlükəsizliyi genişlənir

Cyera, süni intellekt təhlükəsizliyi üzrə ixtisaslaşmış Oasis Security-ni 1 milyard dollara satın alır. Bu, şirkətin ilk üçüncü alışıdır.
spot_img