Azərbaycanda nağdsız ödənişlərin məbləği 2 dəfəyə yaxın artıb

2023-cü ildə Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin ümumi sayı 363,6 milyon әdәd, dəyəri isə 379,3 milyard manat tәşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 94 % və 19,1 % çoxdur.

Hesabat dövründə aparılan köçürmәlәrin say üzrә 85,9 %-i və yaxud 312,2 milyon әdәdi, dəyər üzrә isә 79,6 %-i və yaxud 301,8 milyard manatı mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb ki, bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 2,3 dəfə və 23,7 % çoxdur.

Ötən il internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə əvvəlki illə müqayisədə 12 % artaraq 227,7 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə 2 dəfə artaraq 46,2 milyard manat olub.

spot_imgspot_img

Oxşar xəbərlər

Çin marketplace-i Poizon qlobal ekspansiya çərçivəsində Rusiya bazarına daxil olduğunu təsdiqləyib.

Birbaşa təchizatların Rusiyaya başlanması barədə məlumatı nəşrin mənbələri 19...

Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini...

Bir – yeni e-ticarət və fintek ekosistemi

Umico brendinin BirMarket adı altında yenidən brendləşdirilməsi gözlənilir. Bu...

m10-un öz ödəniş kartı istifadəyə veriləcək

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20...
spot_img