Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi ödəniş agenti statusu ilə təsdiqləyib.

Banker.az AMB-yə istinadən xəbər verir ki, tənzimləyici banklar arasında ilk dəfə bank ödəniş agentini təsdiqləyib.

Ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağladığı müqavilə əsasında onun adından ödəniş xidmətlərini göstərən hüquqi və ya fiziki şəxs hesab olunur. Bu fəaliyyət ödənişlərin qəbulundan nağdlaşdırılmasına qədər geniş xidmət spektrini əhatə edir.

Qeyd edək ki, Mərkəzi Bank nəzarət subyektləri və ödəniş agentlərinin reyestrini aparır və həmin reyestr ictimaiyyət üçün açıqdır. Reyestrdə agentlərin adı, hüquqi ünvanı, rəhbər şəxsləri, fəaliyyət növləri və lisenziyalar barədə məlumat əks olunur.

2021-ci ildə yaradılmış “KorpON” MMC əsasən hüquqi və fiziki şəxslərin iri həcmli nağd ödəniş və inkassasiya proseslərini optimallaşdırmaq məqsədi ilə fəaliyyət göstərir. Şirkət eyniadlı “KorpON” ticarət nişanı ilə tanınır və Bakıda 50-dən çox ünvanda – o cümlədən “PAŞA Bank”ın filiallarında, eləcə də “Bravo”, “Araz”, “Grand”, “Rahat”, “Bazarstore”, “Bolmart” supermarketlərində və “Gənclik Mall” ticarət mərkəzində öz terminalları vasitəsilə xidmət göstərir.

Bununla yanaşı, “KorpON” yalnız ödənişlərin toplanması ilə deyil, həm də müştərilər üçün nağd vəsaitlərin sığortalı şəkildə inkassasiyasını həyata keçirir.

Hal-hazırda, yalnız “PASHA Bank” müştəriləri KorpON terminallarından istifadə edə bilərlər. Digər bankların da inteqrasiya prosesi davam edir. Üç il öncə isə “Yelo Bank” və “Xalq Bank” açıqlamışdı ki, bütün müştəriləri “KorpOn” terminalları vasitəsilə hesaba mədaxil əməliyyatlarını həyata keçirə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Apollo iqtisadçısı: süni intellekt əksər şirkətlərə maliyyə faydası gətirmir

Apollo baş iqtisadçısının qiymətləndirməsinə görə, süni intellektə nəhəng investisiyalara baxmayaraq, texnologiya sektoru xaricində şirkətlər real maliyyə faydası görmür.

Chargeback probleminin həlli: əməkdaşlıq mübahisələri necə azalda bilər

Mastercard-ın maliyyələşdirdiyi yeni araşdırma chargeback probleminin səbəblərini və mövcud mübahisə prosesində yaranan maneələri araşdırır. Tədqiqat daha sıx əməkdaşlığın vacibliyini vurğulayır.

CapCut video redaktə alətləri ChatGPT-yə gəlir: süni intellektlə video hazırlanması asanlaşır

ByteDance-a məxsus CapCut ChatGPT üçün video redaktə plagini hazırladığını elan edib. Plagin istifadəçilərə video ideyasını söhbət formatında təsvir edib qısa müddətdə layihəyə çevirmək imkanı verəcək.

SİPER Blok-2 havada hədəf dəyişdirərək yeni hədəfini məhv etdi

Türkiyənin uzun mənzilli hava müdafiə sistemi SİPER Blok-2 keçirilən sınaqda uçuş zamanı hədəf dəyişdirmə qabiliyyətini uğurla nümayiş etdirib.

Süni intellekt geyilə bilən cihazlar bazarı böyüyür: ən maraqlı modellər

Süni intellektlə işləyən geyilə bilən cihazlar bazarı genişlənir. Muse Charm, Bee, Friend və Plaud kimi modellər səsli köməkçi və avtomatik qeyd funksiyaları ilə diqqət çəkir.
spot_img