Shopify-də Sİ axtarışı ilə edilən sifarişlərin sayı 11 dəfə artıb

Şirkətin gəliri 2025-ci ilin üçüncü rübündə 32% artıb.

Süni intellekt axtarışı e-ticarətdə bum yaradır

2025-ci ilin yanvarından bəri süni intellekt alətləri vasitəsilə Shopify platformasına yönələn trafik 7 dəfə artıb, bu kanallar vasitəsilə verilən sifarişlərin sayı isə 11 dəfə çoxalıb.

İA axtarış sistemləri, çat-botlar və rəqəmsal agentlər vasitəsilə reallaşan satışların artımı Shopify üçün mühüm dönüş nöqtəsi sayılır. Platforma artıq 5,6 milyon satıcı tərəfindən istifadə olunur, gündəlik 2,1 milyon aktiv istifadəçiyə sahibdir.
Şirkətin keçirdiyi sorğuya əsasən, 64% alıcı alış prosesində neyroşəbəkələrdən (İA alətlərindən) fərqli mərhələlərdə istifadə etdiyini bildirib.

OpenAI və Microsoft ilə əməkdaşlıq satışları artırır

2025-ci ilin payızında OpenAI, ChatGPT vasitəsilə məhsul axtarışı və alış funksiyasını istifadəyə verib.
Hazırda bu funksiya ABŞ-da Shopify və Etsy mağazalarından məhsul tapmağa imkan verir.
Bu xəbərlər fonunda Shopify səhm qiymətləri 5% yüksəlib.

Şirkət həmçinin Perplexity və Microsoft Copilot kimi süni intellekt platformaları ilə əməkdaşlıq edir.
Ekspertlərə görə, bu inteqrasiyalar Shopify-nin “ağıllı alış-veriş ekosistemi” strategiyasını gücləndirir.

Maliyyə nəticələri: Gəlir rekord səviyyədə

2025-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatına görə, Shopify-nin gəliri 32% artaraq 2,84 milyard dollara çatıb.
Şirkətin xalis mənfəəti 264 milyon dollar, əməliyyat mənfəəti isə 434 milyon dollar olub — bu, proqnozlaşdırılan 437 milyon dollardan bir qədər aşağı nəticədir.

Hesabatın dərcindən sonra, 4 noyabr tarixində Shopify səhmləri 172 dollardan 159 dollara qədər düşüb.
5 noyabr, Bakı vaxtı ilə 13:30-da səhmlər 161 dollar səviyyəsində ticarət olunurdu.


📰 Mənbə: Bloomberg, X (Twitter), Reuters

spot_imgspot_img

Oxşar xəbərlər

Hugging Face CEO-sundan açıq mənbəli süni intellekt uğrunda mübarizə vədi

Hugging Face rəhbərliyi açıq mənbəli süni intellektin qorunması üçün mübarizəni davam etdirəcəyini açıqlayıb.

Fractile 720 milyon dollar investisiya alaraq AI çip bazarına girir

AI çip startupı Fractile 720 milyon dollarlıq C seriyalı investisiya cəlb edib, şirkətin dəyəri 7 milyard dollar qiymətləndirilir.

DTCC Solana-nı Wall Street tokenləşdirmə planına əlavə edir

DTCC 2027-ci ilə qədər tokenləşdirilmiş səhmlər və istiqrazları Solana şəbəkəsinə çıxarmağı planlaşdırır.

Norwest süni intellektə 4 milyard dollarlıq yeni fond yaradır

Norwest 4 milyard dollarlıq süni intellekt fondunu elan edib. Bu, şirkətin tarixində ən böyük fonddur.

«T-Bank» endirimlərin real olub-olmadığını yoxlayan xidmət işə saldı

«T-Bank» və «T—J» endirimlərin həqiqiliyini yoxlayan yeni xidmət təqdim edib.
spot_img