Financial Times versiyasına görə 2025-ci ilin biznes, iqtisadiyyat və texnologiya üzrə ən yaxşı kitabları

Huawei-nin hekayəsi, OpenAI-nin formalaşması, iqtisadiyyatda qadınların rolu və ekologiyanın əsas problemləri


2025-ci ilin biznes haqqında ən yaxşı kitabları

Dirtbag Billionaire: How Yvon Chouinard Built Patagonia, Made a Fortune, and Gave It All Away – Devid Gelles

Patagonia geyim brendinin qurucusu İvon Şuinarın bioqrafiyası. O, biznesini ekoloji dəyərlər üzərində qurub. Müəllif Şuinarın sahibkarlığı maksimum mənfəət məqsədindən imtina etməklə necə uzlaşdırdığını göstərir.


The New Geography of Innovation: The Global Contest for Breakthrough Technologies – Mehran Gül

Kitab innovasiyaların artıq yalnız Silikon Vadisinin monopoliyası olmadığını və dünyanın müxtəlif bölgələrinə yayıldığını göstərir. Müəllif texnoloji sıçrayışların hazırda harada baş verdiyini və hansı regionların ABŞ texnologiya nəhənglərinə rəqabət apara biləcəyini təhlil edir.


House of Huawei: Inside the Secret World of China’s Most Powerful Company – Eva Dou

Müəllif dünyanın ən qapalı və ən nüfuzlu texnologiya şirkətlərindən biri olan Huawei haqqında danışır. Kitabda texnologiya nəhənginin tarixi, idarəetmə modeli və ABŞ–Çin iqtisadi qarşıdurması fonunda Çin hakimiyyəti ilə əlaqələri analiz olunur.


Empire of AI: Dreams and Nightmares in Sam Altman’s OpenAI – Karen Hao

Bu kitab OpenAI-nin formalaşmasından, şirkətin baş direktoru Sem Altmanın rolu, baxışları və ambisiyalarından bəhs edir. Müəllif Altmanın idarəetmə üslubuna və generativ süni intellekt ətrafında qurduğu narrativə xüsusi diqqət yetirir.


2025-ci ilin iqtisadiyyat haqqında ən yaxşı kitabları

Economica: A Global History of Women, Wealth and Power – Viktoriya Beytmen

Müəllif qadınların daş dövründən müasir dövrədək dünya iqtisadiyyatındakı rolunu araşdırır və onların iqtisadi proseslərdən kənarlaşdırılmasının cəmiyyətlərin geriləməsinə səbəb olduğunu vurğulayır. Beytmen qeyd edir ki, bərabər imkanlar heç vaxt öz-özünə mövcud olan bir dəyər kimi qəbul edilməməlidir.


The World at Economic War: How to Rebuild Security in a Weaponized Global Economy – Rebekka Hardinq

Kitabda iqtisadiyyatın necə geosiyasi qarşıdurma alətinə çevrildiyi izah olunur. Müəllif ticarət, investisiya və texnologiyaların təzyiq vasitəsi olduğu bir dünyada Böyük Britaniyanın perspektivlərini dəyərləndirir.


How Progress Ends: Technology, Innovation, and the Fate of Nations – Karl Frey

Frey süni intellektin inkişafının nəticələrini və texnoloji tərəqqinin niyə bəzən yavaşladığını və ya tamamilə dayandığını təhlil edir. Onun fikrincə, innovasiyalar qaydaların pozulmasını, effektiv icra isə qaydaların qorunmasını tələb edir. Davamlı inkişaf üçün bu iki zidd yanaşma arasında balans vacibdir.


2025-ci ilin texnologiya haqqında ən yaxşı kitabları

Consumed: How Big Brands Got Us Hooked on Plastic – Sabira Çaudhuri

Müəllifə görə, iri korporasiyalar milyardlarla dollar marketinq investisiyası edərək istehlakçıları birdəfəlik plastik qablaşdırmalara alışdırıblar. Şirkətlər gündəlik məhsulları tanınmış brendlərə çevirərkən bunun ekoloji fəsadlarını gözardı ediblər.


Blueprints: How Mathematics Shapes Creativity – Markus du Sautoy

Kitab riyaziyyatın musiqi, memarlıq və digər incəsənət sahələrində yaradıcılığa necə təsir etdiyini göstərir. Müəllif riyazi qanunların kreativliyin mənbəyinə çevrildiyini izah edir.


Clearing the Air: A Hopeful Guide to Solving Climate Change — in 50 Questions and Answers – Hanna Ritçi

Elektromobillər həqiqətən ekoloji baxımdan faydalıdırmı? “Yaşıl” enerji daha bahalıdırmı? Müəllif iqlim dəyişikliyi və ekologiya ilə bağlı mifləri və şübhələri elmi araşdırmalara əsaslanaraq izah edir.


Mənbə: Financial Times (FT)

spot_imgspot_img

Oxşar xəbərlər

Çin 5,7 milyard dollarlıq fırıldaqla bağlı 61 800 BTC müsadirə etmək istəyir

Çin prokurorları 5,7 milyard dollarlıq fırıldaq sxemi ilə bağlı 61 800 BTC-nin müsadirəsini tələb edir. Britaniya məhkəməsi zərərçəkənlərin iddialarına Çin hüququnun tətbiqinə qərar verib.

Anthropic arxa planda işləyən Claude Duet süni intellekt agentini təqdim etdi

Anthropic tapşırıqları arxa planda icra edən Claude Duet AI agentini təqdim edib. Yeni alət kiçik biznes və peşəkarların gündəlik işlərini avtomatlaşdırmağı hədəfləyir.

Maliyyə Nazirliyi rəqəmsallaşmanı 1-2 il ərzində tamamlamağı planlaşdırır

Maliyyə Nazirliyi rəqəmsallaşma prosesini 1-2 il ərzində tamamlamağı hədəfləyir. Qurumun nümayəndəsi rəqəmsal maliyyə ekosisteminin yeni mərhələsini təqdim edib.

Bitcoin 85 min dollara yüksəldi, sonra geri çəkildi

Bitcoin 84 min dollarlıq müqaviməti keçsə də, texnologiya səhmlərindəki narahatlıq fonunda 82,5 min dollara geri çəkilib.

Recursive Flint adlı noutbuk üçün kodlaşdırma modelini təqdim etdi

Recursive startup-ı əsasən süni intellekt tərəfindən hazırlanan Flint kodlaşdırma modelini təqdim edib.
spot_img