Coinbase Kalshi platforması əsasında səhm ticarətini və yeni proqnoz bazarlarını istifadəyə verəcək

Yaxın aylarda ticarət üçün əlçatan olacaq səhmlərin sayı minlərlə artırılacaq və bununla da Platforma “hər şey üçün birja” olmağı hədəfləyir.

Fortune nəşrinin yazdığına görə, Coinbase kriptovalyuta tətbiqi çərçivəsindən kənara çıxaraq maliyyə sektoruna doğru genişlənir. Platforma Kalshi proqnoz bazarı xidməti ilə tərəfdaşlıq çərçivəsində istifadəçilərə səhm ticarəti aparmaq və müxtəlif hadisələrin nəticələrinə dair mərc etmək imkanı yaradacaq.

Bu addım Coinbase-in “hər şey üçün birja” konsepsiyasına çevrilməsi məqsədi daşıyır. İlkin mərhələdə platformada yalnız seçilmiş səhmlər və ETF-lər mövcud olacaq, lakin bir neçə ay ərzində ticarət edilə bilən səhmlərin sayının minlərlə artırılması planlaşdırılır. Ticarət həftədə beş gün, sutkada 24 saat həyata keçiriləcək.

Bununla yanaşı, Kalshi xidmətinin inteqrasiyası sayəsində istifadəçilər real dünyada baş verən müxtəlif hadisələrə — seçkilərdən tutmuş idman yarışlarınadək — proqnozlar verə biləcəklər. Bu hadisələr üzrə kontraktların qiymətləri bazar iştirakçılarının kollektiv ticarət aktivliyi əsasında formalaşacaq.

Şirkət eyni zamanda investisiyaların idarə olunması və portfelin formalaşdırılması üçün Coinbase Advisor adlı süni intellekt köməkçisini, eləcə də kiçik və orta biznes üçün nəzərdə tutulmuş Coinbase Business platformasını təqdim edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img