“Azərbaycanda ilk dəfə E-ticarət İnkubasiya Proqramı keçiriləcək”

Azərbaycanın iqtisadi inkişafına töhfə vermək və ölkənin startap ekosistemini gücləndirmək məqsədilə bu ilin Fevral ayından başlayaraq “eCom X” adlı unikal e-ticarət təlim və inkubasiya proqramına start veriləcək. Layihə hibrid formatda, yəni həm onlayn, həm də canlı görüşlər şəklində Bakı, Sumqayıt, Gəncə və Lənkərandan olan iştirakçılar arasında təşkil olunacaq. Proqramın əsas məqsədi 3 ay ərzində iştirakçılara sıfırdan e-ticarət biznesi qurmağı öyrətmək və onları uğurlu e-ticarət liderlərinə çevirməkdir.

Təlim zamanı iştirakçılar e-ticarətin əsas prinsipləri, məhsul seçimi, rəqəmsal marketinq strategiyaları, onlayn mağazaların yaradılması və idarə edilməsi kimi vacib mövzuları ətraflı öyrənəcəklər. Bununla yanaşı, e-ticarət bizneslərini necə böyütmək və genişləndirmək haqqında praktiki biliklər əldə edəcəklər. Bu proqram iştirakçılar üçün sadəcə bir təlim deyil, həm də öz gələcəyini qurmaq üçün real bir platformadır.

Müasir dünyada e-ticarət sektoru sürətlə inkişaf edir. Statistikalara görə, 2023-cü ildə qlobal e-ticarət bazarı təxminən 6.3 trilyon ABŞ dolları həcmində olub və bu rəqəm hər il artır. Azərbaycanda da e-ticarətə maraq yüksəkdir və bu, ölkə iqtisadiyyatının modernləşməsi və rəqəmsallaşmasına mühüm təsir göstərir. E-ticarət startaplarının genişlənməsi və rəqəmsal iqtisadiyyatın inkişafı sayəsində ölkədə yeni iş yerləri yaradılacaq, yerli sahibkarlar qlobal bazarlara çıxış imkanı əldə edəcəklər.

“eCom X” layihəsi bu inkişafı dəstəkləmək məqsədilə təşkil olunur. Təlim proqramının sonunda keçiriləcək “Ideathon” mərhələsində iştirakçılar öz e-ticarət layihələrini təqdim edəcəklər və 16 ən yaxşı e-ticarət ideyası seçilərək 3 aylıq inkubasiya proqramına qəbul ediləcəklər. İnkubasiya mərhələsi iştirakçılara bizneslərini inkişaf etdirmək, onlayn mağazalarını qurmaq və satışlarını artırmaq üçün əlavə dəstək verəcək. 30,000 AZN mükafat fondu isə ən yaxşı layihələrin sahibkarlarına verilməklə onların bizneslərini daha da irəli aparmağa kömək edəcək.

“eCom X” layihəsi zamanı iştirakçılara Azərbaycan, Türkiyə və qlobal e-ticarət təcrübəsi olan təlimçi və mentorlar dəstək olacaqlar.

Təşkilatçılar və dəstəkçilər: eCom X proqramı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP.az” və “BONPARA” şirkətləri, Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Proqramda iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır. Azərbaycanın hər yerindən və dünyanın müxtəlif bölgələrindən iştirak etmək istəyənlər online formada təlimlərə qoşula bilərlər.

Son müraciət və Proqrama start 15 Fevral 2025.

Qeydiyyat linki: https://forms.gle/xvHezFCq6kRpm5Uh9 
Proqram haqqında: www.ecomx.az

spot_imgspot_img

Oxşar xəbərlər

Bakıda rəqəmsal maliyyə ekosistemi konfransı keçirilir

Bakıda dövlət maliyyəsinin rəqəmsallaşması, süni intellekt və ödəniş sistemlərinə həsr olunmuş konfrans keçirilir.

Meta Muse 10 milyon istifadəçiyə çatdı: alış-veriş əsas fəaliyyətə çevrildi

Meta-nın Muse süni intellekt tətbiqi 10 milyon istifadəçini keçib, alış-veriş ən populyar funksiyalardan birinə çevrilib.

ChatGPT reklam platforması 89 ölkəyə qədər genişləndi

OpenAI ChatGPT-nin reklam platformasını daha 26 bazar əlavə edərək 89 ölkəyə çatdırıb və süni intellekt əsaslı reklam kanalını qlobal miqyasda genişləndirib.

Meta konfidensiallıq pozuntularına görə 25 milyard dollar cərimə ödəməli olacaq

Meta Cambridge Analytica işi ilə bağlı konfidensiallıq pozuntularına görə 25 milyard dollar ödəməli olacaq.

Tesla Optimus robotlarının Kaliforniyada istehsalına başladı, mənfəət 43 faiz azaldı

Tesla Kaliforniyada Optimus humanoid robotlarının seriyalı istehsalına başlayıb, lakin süni intellekt və robototexnika xərcləri səbəbindən mənfəət 43 faiz azalıb.
spot_img