Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu sıraya mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər, reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri, o cümlədən rəqəmsal platforma təsisçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs daxil edilir.

Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

“Reklam haqqında” qanun, Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək.

Belə ki, rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir.

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən yeni – 26-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, rəqəmsal platforma təsisçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Rəqəmsal platforma təsisçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.

Rəqəmsal platforma təsisçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:

– hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

– sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

– əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).

Rəqəmsal platforma təsisçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:

– özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;

– reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.

Nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.

spot_imgspot_img

Oxşar xəbərlər

Coinbase üçüncü tərəf təchizatçısı məlumat sızmasından sonra istifadəçi vəsaitlərinin təhlükəsiz olduğunu bildirir

Coinbase üçüncü tərəf analitika təchizatçısında məlumat sızmasından sonra istifadəçi vəsaitlərinin təhlükəsiz olduğunu açıqlayıb.

Ozon-un xalis mənfəəti 3,7 milyard rubl oldu, anbarlara hücumlar itkiləri artırdı

Ozon üçüncü rübdə 3,7 milyard rubl xalis mənfəət əldə edib, anbarlara hücumlarla bağlı 30,1 milyard rubl ehtiyat ayırıb.

Azərbaycanda BOKT-larda risklərin idarə edilməsi sistemi qurulacaq

Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatlarında vahid risk idarəçiliyi sisteminin qurulmasını planlaşdırır.

Nvidia və AMD Meta-ya toplam 4 milyard dollar investisiya yatıracaq

Nvidia və AMD süni intellekt əməkdaşlığını genişləndirərək Meta-ya toplam 4 milyard dollar investisiya yatırmağı planlaşdırır.

Mərkəzi Bankın rəsmi valyuta məzənnələri: manatın dollar qarşısında mövqeyi

Mərkəzi Bank 28 oktyabr tarixinə rəsmi valyuta məzənnələrini elan edib, bu göstəricilər bank və e-ticarət sektoru üçün əsas istinad bazasıdır.
spot_img