Yaponiyanın E-ticarət nəhəngi Rakuten 2023-cü ili zərərlə bitirib

Yaponiyanın elektron ticarət şirkətlərindən biri olan Rakuten Group 2023-cü ildə 339,4 milyard yen (2,2 milyard dollar) xalis zərərə məruz qalıb.

Rakuten Group-un bəyanatında Yaponiya elektron ticarət şirkətinin 2023-cü il üçün balans hesabatları yer alıb. Müvafiq olaraq, Rakuten Group 2023-cü ildə 339,4 milyard yen (2,2 milyard dollar) xalis zərəri olduğunu açıqlayıb.

Son 4 ildə xalis zərər yaşayan Yaponiya şirkəti bununla da 5-ci ilə keçib. Xalis zərərin mənbəyi kimi mobil telefon sənayesində baza stansiyalarının yaradılması üçün artan xərclər göstərilib.

Digər tərəfdən, şirkət satış gəlirlərini əvvəlki ilə nisbətən 7,8 faiz artaraq 2 trilyon yenə (13,8 milyard dollar) yüksəldib. Rakuten bildirib ki, yeni dövrdə mobil telekommunikasiya sənayesində qazanc əldə etmək üçün kommersiya müştərilərinə diqqət yetirəcək.

Yaponiyanın ən böyük internet saytı olan “Rakuten Ichiba” (Rakuten Market) satış həcminə görə dünyanın ən böyük internet şəbəkələrindən biri kimi tanınır.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img