Visa, süni intellekt dəstəyi ilə ödəniş qoruma texnologiyası təklif edən Featurespace-i alır.

Keçən il maliyyə dünyasının ən önəmli şirkətlərindən biri olan Visa-nın süni intellekt istehsal edən şirkətlərə 100 milyon dollar sərmayə yatıracağını sizlərə bildirmişdik. Bir il keçdikdən sonra Visa süni intellekt yönümlü yeni bir satınalma ilə qarşımıza çıxır.

Visa tərəfindən verilən məlumata görə, şirkət süni intellektlə ödəniş qoruma texnologiyası inkişaf etdirən Featurespace-i alır. Visa və Featurespace arasında baş tutan satınalma müqaviləsinin maliyyə detalları haqqında rəsmi açıqlama verilməsə də, şirkətə yaxın mənbələr bu alqı-satqının 700 ilə 950 milyon dollar arasında olduğunu bildirir.

Bu satınalmanın zəruri təsdiqlərin alınmasından sonra 2025-ci ildə tamamlanacağı gözlənilir. Visa-ya görə, şirkət Featurespace-i saxtakarlıq aşkarlama və risk qiymətləndirmə sahələrində təqdim etdiyi həlləri təkmilləşdirmək məqsədilə satın alıb.

2008-ci ildə Bill Fitzgerald və David Excell tərəfindən Cambridge-də qurulan Featurespace, süni intellekt texnologiyası ilə real vaxt rejimində ödənişləri qorumağı bacarır. Qeyd edək ki, Featurespace indiyə qədər bir çox sərmayə alıb. Cəmi 108 milyon dollar sərmayə toplayan startapın sərmayədarları arasında Imperial Innovations, TTV Capital, Highland Europe, Future Fifty, Insight Partners, MissionOG və Chrysalis Investments kimi şirkətlər yer alır.

Featurespace-in müştəriləri arasında HSBC, NatWest, TSYS, Worldpay, Danske Bank, Edenred, Permanent TSB və Akbank kimi əhəmiyyətli firmalar var.

spot_imgspot_img

Oxşar xəbərlər

Alibaba Qwen əsaslı ikinci nəsil ağıllı eynəklərini təqdim etdi

Alibaba Qwen süni intellekt modeli əsasında ikinci nəsil ağıllı eynəklərini təqdim edib.

Mərkəzi Banka yeni səlahiyyət verilir: maliyyə qruplarına nəzarət genişlənir

Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.

Azərbaycanda kriptoaktivlər qanunvericiliyinə dəyişikliklər gözlənilir

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya son razılaşdırma mərhələsindədir və sənəd Mərkəzi Bankın təqdimatı ilə Milli Məclisə göndəriləcək.

SpaceXAI X Premium, Grok və Cursor-u vahid abunəliyə birləşdirdi

SpaceXAI X platformasının ödənişli funksiyalarını Grok və Cursor ilə birləşdirən vahid abunəlik paketini təqdim edib.

Stacks STX Bitcoin layer-2 tokeni dörd həftədə 50 faiz artdı

Bitcoin layer-2 həlli Stacks-in STX tokeni son dörd həftədə 50 faiz artım göstərib.
spot_img