Azərbaycanda ödəniş və elektron pul təşkilatlarında kassa əməliyyatı aparılması qaydası təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nda dəyişiklik edib.

 Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra bu qərar kredit təşkilatları ilə yanaşı, ödəniş təşkilatlarına və elektron pul təşkilatlarına da aid ediləcək, “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası” adlanacaq.

Ödəniş və elektron pul təşkilatlarının bir bölməsində ümumi dəyəri 20 min manatdan (xarici valyutada ekvivalent məbləğdən) artıq olmayan qiymətlilər odadavamlı seyfdə saxlanıla bilər.

Yenilənmiş qayda martın 1-dən qüvvəyə minəcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Mənbə: “Report”

spot_imgspot_img

Oxşar xəbərlər

Cross River Bank Bitcoin təminatlı kreditləşməyə başlayır

ABŞ-ın Cross River Bank bankı Bitcoin təminatlı kreditləşməyə başlayıb — borcalanlar aktivlərini satmadan nağd vəsait əldə edə biləcək.

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim etdi

Avropa İttifaqı 22-ci sanksiyalar paketini təqdim edib: Rusiya bankları, kripto platformaları və mədəniyyət tədbirləri hədəf alınır.

Cognition 75 milyard dollar dəyərləndirmə ilə yeni investisiya raundu üçün danışıqlar aparır

Süni intellekt əsaslı proqram təminatı platforması Cognition 75 milyard dollar dəyərləndirmə üzərindən yeni maliyyələşdirmə üçün danışıqlar aparır.

Ethereum-da 72 milyard dollarlıq ETH kvant hücumları təhlükəsi altındadır

Araşdırma Ethereum-da 72 milyard dollarlıq ETH saxlayan cüzdanların kvant kompüter hücumları riski altında olduğunu göstərir.

Sierra altı ayda dəyərini ikiqat artıraraq 30 milyard dollara çatdırdı

Bret Teylorun təsis etdiyi Sierra müştəri təcrübəsi platforması F raundunda 1,75 milyard dollar cəlb edib və dəyərini 30 milyard dollara çatdırıb.
spot_img