AMB tərəfindən Maliyyə məhsulları üçün SANDBOX rejimi işə düşür

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/4 nömrəli Qərarı ilə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” (Qayda) təsdiq edilmiş və 14 fevral 2024-cü il tarixindən qüvvəyə minmişdir.

wecom.az Mərkəzi banka istinadən xəbər verir ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindən innovativ xidmət və məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

Qaydada xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət Mərkəzi Bank tərəfindən müəyyən olunmuşdur.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu dövrü Mərkəzi Bank tərəfindən 1 ay əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsində elan ediləcəkdir.

Qəbul olunmuş Qayda ölkəmizin maliyyə bazarlarında xüsusi tənzimləmə rejimində innovativ xidmət və məhsulların təqdim edilməsinə, bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edəcəkdir.

Yeni tələblər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar: https://e-qanun.az/framework/56351

spot_imgspot_img

Oxşar xəbərlər

Migros One süni intellekt ilə pərakəndə satışın yeni dövrünə hazırlaşır

Migros One süni intellekt texnologiyaları ilə pərakəndə satışın yeni dövrünə hazırlaşır. Platforma rəqəmsal xidmətlərini vahid çətir altında birləşdirir.

Amazon yeni Alexa planşetlərini təqdim etdi: Alexa+ inteqrasiyası

Amazon üç yeni Alexa planşet modelini təqdim edib. Cihazlar Alexa+ süni intellekt köməkçisi və Google Play Store çıxışı ilə təchiz olunub.

Google yeni offline görüş qeyd edən AI tətbiqini təqdim etdi

Google, Granola ilə rəqabət aparacaq yeni AI Edge Foresight tətbiqini təqdim edib. Tətbiq offline rejimdə görüşləri qeyd edir və cihaz üzərində işləyən süni intellektə əsaslanır.

Meta süni intellekt asistanı Muse-u iPad üçün təqdim etdi

Meta süni intellekt asistanı Muse-u iPad üçün əlçatan edib. Bu, asistanın mobil debütündən təxminən bir ay sonra baş verir.

Fermerlər pambığın pulunu ala bilmir: Nazirlik mövqeyini açıqladı

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama verib. Ödəniş gecikmələri davam edir.
spot_img