AYNA: “biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib.

Sərnişinlər artıq Bakıdan Siyəzən və Sabirabada, eləcə də Sumqayıtdan Xudata və əks-istiqamətlərə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər. Həmçinin portala daha əvvəl mövcud olan Bakı – Şabran, Bakı – Ağcabədi və Bakı – Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.

Artıq “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

spot_imgspot_img

Oxşar xəbərlər

TechCrunch Mobility: robotlar və insanlar arasında A/B testləri

TechCrunch Mobility nəşri nəqliyyatda süni intellektin roluna və robotlarla insanlar arasında A/B testlərinə həsr olunmuş icmalını təqdim edib.

Rusiyada elektrosamokat qaydalarına dair 1600-dən çox təklif toplandı

Rusiyanın Nəqliyyat Nazirliyi elektrosamokatlarla bağlı yol hərəkəti qaydalarına düzəlişlər üzrə 1600-dən çox təklif alıb.

Anthropic əməkdaşları milyonçu oldu: süni intellekt bumu sərvət yaradır

Anthropic şirkətinin Nasdaq birjasında səhmlərini yerləşdirməsindən sonra 5 mindən çox əməkdaşı milyonçuya çevrilib.

Signal Siri və Gemini-nin söhbətləri ələ keçirməsinin qarşısını alır

Signal iOS və Android-də süni intellekt köməkçilərinin söhbətləri oxumasının qarşısını alan yeni funksiyalar tətbiq edir.

Architect Labs süni intellektlə tam dizayn edilən Frostbite prosessorunu təqdim etdi

Architect Labs süni intellekt tərəfindən sıfırdan dizayn edilən Frostbite prosessorunu təqdim edib, lakin məhsuldarlıq rəqəmləri hələ fiziki çip üzərində təsdiqlənməyib.
spot_img