Trendyol 1 milyard dollar investisiya axtarır

Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol, böyüməsini dəstəkləmək üçün təxminən 1 milyard dollar cəlb etməyi nəzərdən keçirir. Mövzu ilə bağlı məlumatı olan mənbələrin “Bloomberg News”abildirdiyinə görə, şirkət gələcək investisiya raundu üçün potensial investorlarla ilkin müzakirələr aparır.

Məlumata əsasən, raund 2024-cü ilin növbəti rübündə başlaya bilər. Lakin hazırda danışıqlar erkən mərhələdədir və yekun qərarın qəbul edilib-edilməyəcəyi hələ bilinmir. Trendyol-un əsas səhmdarı olan Alibaba Group Holding Ltd. və şirkət bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Trendyol 2021-ci ildə SoftBank Group Corp., General Atlantic, Yaxın Şərq suveren fondları və Princeville Capital-ın liderliyi ilə keçirilən raundda 1.5 milyard dollar cəlb etmişdi və həmin vaxt 16.5 milyard dollar dəyərində qiymətləndirilmişdi.

2010-cu ildə Demet Mutlu tərəfindən qurulan Trendyol, Türkiyənin ən böyük e-ticarət platformasına çevrilib. Şirkət nYaxın Şərq də daxil olmaqla bir sıra beynəlxalq bazarlara genişlənib və Alibaba-nın illik hesabatına görə, 2024-cü maliyyə ilində sifarişlərin sayı 20%-dən çox artıb. Trendyol Alibaba Beynəlxalq Rəqəmsal Ticarət Qrupunun bir hissəsidir və AliExpress, Lazada, Daraz və Miravia kimi platformalarla birlikdə fəaliyyət göstərir.

Son zamanlar Alibaba, Çindəki əsas biznesində gözləniləndən zəif nəticələr əldə etdikdən sonra e-ticarət əməliyyatlarını nəzarət etmək üçün icraçı Cianq Fanı təyin edib.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img