“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol Azərbaycandakı müştəriləri üçün “Əfsanə günlər” kampaniyasına başlayır.

İlin əfsanə endirimlərinin yer aldığı kampaniya 27 noyabr-2 dekabr tarixlərini əhatə edəcək. 

 “Əfsanə günlər”də Trendyol istifadəçiləri elektronikadan mətbəx avadanlıqlarına, dəbli geyimlərdən şəxsi baxım məhsullarına qədər bütün kateqoriyalarda “Noyabr 25” kodu ilə 25 faizlik endirim fürsəti qazanacaq. Əlavə olaraq, alış-veriş həvəskarları seçilmiş məhsullarda 60 faizədək endirim əldə etməklə daha çox fürsətlərdən yararlana biləcəklər.

Həmçinin, “Trendyol”un sevilən “Qazandıran çarx” və “Paylaş-Qazan” kampaniyaları da əlavə şanslar verməyə davam edəcək.

Kampaniya müddətində şirkət Bakı bulvarında, Azərbaycan Dövlət Kukla teatrının yaxınlığında –  piyada keçidinin önündəki stendində müştərilərini qarşılayacaq və onlara əlavə endirim fürsəti qazandırmağa davam edəcək. Belə ki, Trendyol stendinin ziyarətçiləri təşkil olunmuş yarışlarda iştirak edərək 5000, 2000, 750, 500, 200 və 100 TL məbləğində endirim kuponları əldə edə biləcəklər.

spot_imgspot_img

Oxşar xəbərlər

EDX Markets və Verified X tokenləşdirilmiş bitcoin ticarəti üçün tərəfdaşlıq edir

EDX Markets və Verified X institusional spot ticarət üçün tokenləşdirilmiş bitcoin (vBTC) təqdim etmək üzrə tərəfdaşlıq elan edib.

Revolut özünəməxsus ətir yaratmağı planlaşdırır

Fintech nəhəngi Revolut öz brendini unikal ətirə çevirmək üçün ətir brendinq agentliyi axtarır.

TechCrunch Disrupt 2026 yan tədbirləri startup ekosistemi üçün imkanlar yaradır

TechCrunch Disrupt 2026 çərçivəsində San-Fransiskoda keçiriləcək yan tədbirlər startup sahibkarları və investorlar üçün yeni əlaqələr qurmaq imkanı yaradır.

Süni intellekt şirkətlərinin top-menecerləri neyron şəbəkə fəlakətinə hazırlaşır

Süni intellekt şirkətlərinin top-menecerləri neyron şəbəkələrinin iştirakı ilə baş verə biləcək fəlakətli insidentə hazırlaşır.

Elon Musk Hindistanın Starlink buraxılışının gecikməsində Ambanini günahlandırır

Elon Musk Hindistanda Starlink buraxılışının gecikməsinə görə Mukesh Ambanini günahlandırır və telekom rəqabətində gərginlik artır.
spot_img