Trendyol 1 milyard dollar investisiya axtarır

Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol, böyüməsini dəstəkləmək üçün təxminən 1 milyard dollar cəlb etməyi nəzərdən keçirir. Mövzu ilə bağlı məlumatı olan mənbələrin “Bloomberg News”abildirdiyinə görə, şirkət gələcək investisiya raundu üçün potensial investorlarla ilkin müzakirələr aparır.

Məlumata əsasən, raund 2024-cü ilin növbəti rübündə başlaya bilər. Lakin hazırda danışıqlar erkən mərhələdədir və yekun qərarın qəbul edilib-edilməyəcəyi hələ bilinmir. Trendyol-un əsas səhmdarı olan Alibaba Group Holding Ltd. və şirkət bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Trendyol 2021-ci ildə SoftBank Group Corp., General Atlantic, Yaxın Şərq suveren fondları və Princeville Capital-ın liderliyi ilə keçirilən raundda 1.5 milyard dollar cəlb etmişdi və həmin vaxt 16.5 milyard dollar dəyərində qiymətləndirilmişdi.

2010-cu ildə Demet Mutlu tərəfindən qurulan Trendyol, Türkiyənin ən böyük e-ticarət platformasına çevrilib. Şirkət nYaxın Şərq də daxil olmaqla bir sıra beynəlxalq bazarlara genişlənib və Alibaba-nın illik hesabatına görə, 2024-cü maliyyə ilində sifarişlərin sayı 20%-dən çox artıb. Trendyol Alibaba Beynəlxalq Rəqəmsal Ticarət Qrupunun bir hissəsidir və AliExpress, Lazada, Daraz və Miravia kimi platformalarla birlikdə fəaliyyət göstərir.

Son zamanlar Alibaba, Çindəki əsas biznesində gözləniləndən zəif nəticələr əldə etdikdən sonra e-ticarət əməliyyatlarını nəzarət etmək üçün icraçı Cianq Fanı təyin edib.

spot_imgspot_img

Oxşar xəbərlər

TechCrunch Disrupt 2026 yaxınlaşır: startaplar əsas bazara çıxmadan əvvəl tanıdılır

TechCrunch Disrupt 2026 tədbiri 13-15 oktyabrda San-Fransiskoda keçiriləcək və 300-dən çox startap iştirak edəcək.

Nyuton məhkəməsi Celsius qurucusu Maşinskini kripto sənayesindən birdəfəlik kənarlaşdırdı

Celsius qurucusu Aleks Maşinski 35 milyon dollarlıq razılaşma ilə kripto sənayesindən birdəfəlik kənarlaşdırılıb.

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yaratmağı müzakirə edir. Assambleya Qaziantepdə keçirilir.

Petra Power data mərkəzləri və müdafiə nəqliyyatı üçün enerjini modernləşdirir

Petra Power startapı data mərkəzləri və müdafiə nəqliyyatı üçün yanacaq elementləri təklif edir və enerji xərclərini azaltmağı hədəfləyir.

Bitcoin və ether likvidliyi bərpa olundu, altkoinlər hələ də risk altındadır

Bitcoin və ether likvidliyi fləş qəzasından sonra bərpa olunub, lakin altkoinlər hələ də risk altındadır.
spot_img